Hələ dövrü-qədimdən kəndin, elin-obanın rəhbəri sayılıb-seçilən, hörmətli, sözün həqiqi mənasında ağsaqqal adamlar olardı.
Əslində bunu əlahəzrət məntiq də tələb edir. Axı, öz ailəsinə, öz övladına tərbiyə verə bilməyən adam, hansı haqla, hansı üzlə kəndi, el-obanı, rayonu idarə edə bilər ?
Adama deyərlər ki, birinci, get, öz ailəni, öz övladlarını idarə eləməyi öyrən, sonra rayonu idarə etrməyə çalış.
100-150 minlik rayonu idarə etmək bəzilərinə elə asan gəlir ki…
Çünki bəzi adamlar üçün idarəetmə deyəndə ancaq rüşvət yığmaq, rayonun bütün təsərrüfatlarını minib-çapmaq, az vaxtda milyonlara sahib olmaq, dövlətin ayırdığı vəsaiti donuz kimi basıb yemək, bir sözlə, çapovulçuluq etmək başa düşülür.
Əslində isə rəhbər şəxs cəmiyyətə nümunə, örnək olmalıdır. Ki, digərləri də ondan nəticə çıxartsın.
Təəsssüf ki, indi haqqında bəhs edəcəyimiz şəxs – yəni Masallının keçmiş, Ağcabədinin indiki icra başçısı Rafil Hüseynov yaxşı nümunələrdən deyil, əksinə gənc nəsil üçün çox pis nümunədir.
Birincisi, yuxarıda qeyd etdik ki, rayonu, hətta balaca kəndi idarə etmək üçün öncə öz ailəni idarə etməyi bacar, öz övladlarına təlim-tərbiyə ver.
Az qala bütün ölkəyə məlumdur ki, icra başçısının polis zabiti olan oğlu Şəhriyar Hüseynzadə daxili işlər orqanlarından necə rüsvayçılıqla qovuldu.
Vətəndaşın qapısını zorla açan, order-filan olmadan zorla, həm də şalvarsız-tumançaq aparan, sənin polis zabiti olan oğlundur, cənab başçı Rafil Hüseynov. Heç buna görə, utanıb xəcalət çəkdinmi..?
Oğlun avtosalona hücum edib, qoçuluq edir, buna görə utanıb qızardınmı ?
Hər şeyi bir kənara qoyaq, axı sən mənəvi məsuliyyət daşıyırsan ?
Sən böyük bir rayonda dövləti təmsil edirsən.
Oğlun polis zabiti ola-ola gecə barlarında lüt qızlarla şəkil çəkdirib sosial şəbəkələrdə paylaşır. Bu nəinki dövləti təmsil edən şəxsə, heç küçə uşağına yaraşan hal deyil.
Zabit oğlunun əməllərini qoyaq bir kənara, keçək öz əməllərinə.
Media, qələm əhli nə yazırsa, utanıb-qızarmadan deyirsən ki, mənə şər-böhtan atırlar.
Cənab Rafil Hüseynov !
Sənin Ağcabədi sakini olan şəhidin statusunu ləğv etdirmək üçün utanıb-qızarmadan dövlət qurumlarına müraciət etməyini bütün ölkə bilir. Bunu yazmaq şər-böhtandlr ?
Şər-böhtan bilirsən nədir ?
Canını vətən uğrunda qurban verən şəxsi ləkələmək, ən ağır şər-böhtandır.
Bunu biz yox, sən etmisən.
Sahibkar qadından rüşvət istəyən biz deyilik, cənab başçı. Aç medianı oxu, yazırlar ki, sahibkar qadından rüşvət istəmisən, o da verməyib. Sonra onu döydürmüsən. Bu şər-böhtandır ?
Oğlun vətəndaşı şalvarsız sürüyür, sən də qadını döydürürsən.
Deməli, ata-bala eyni yolun yolçularısınız və oğlunuz da sizin tökdüklərinizi yığışdırıb.
Cənab Rafil Hüseynov, Masallı rayonundakı ticarət obyektlərindən, Ağcabədidə fermalarından yazmaq şər böhtandır ?
Novxanıdakı dəyəri milyon olan villanı hansı pulla tikdirmisən ?
Villadakı təkcə hovuzların, ağacların qiyməti sənin 1 illik maaşından çoxdur.
Bunu yazmaq böhtandır ?
Bəlkə, sənin inanmağın üçün Novxanıdakı villanın içindən reportaj hazırlayaq, onda başa düşəsən…
Bəlkə, Ağcabədidən olan Qarabağ qazisi, Elçin Verdiyevdən yazaq.
Qazi qaldığı evin kirayə pulunu verə bilmir, ona görə, sizdən iş istəyirb.
Siz isə Qarabağ qazisinə 150 manat maaşa küçə süpürməyi təklif etmisiniz.
Cənab Rafil Hüseynov ! Qarabağ qazisinə küçə süpürməyi təklif edənləri süpürməyin vaxtı çatıb. Darıxma, gələcəklər. Və oğlun vətəndaşı apardığı kimi səni də aparacaqlar. //gundelik-baku.com//