Axtarış...

Otel, yoxsa əxlaqsızlıq yuvası ?- Nəsimi rayonunda, HAZZ və NEMİ otellərdə nələr baş verir?

Otel, yoxsa əxlaqsızlıq yuvası ?- Nəsimi rayonunda, HAZZ və NEMİ otellərdə nələr baş verir?

Hələ uzaq zamanlarda ölkədə qonaq olanların, tacir-tücarrların gecələməsi üçün karvansaralar var idi. Sonralar adını dəyişərək qonaq evi, mehmanxana, lap sonralar isə otel oldu.

Bizim Bakımızda da xeyli sayda məşhur İnturist, Abşeron kimi məşhur mehmanxanalar olub. Amma müstəqillik dönəmində kimin imkanı varsa mehmanxana, daha doğrusu, otel açmağa başladı. Əslində mehmanxanalar öz həqiqi təyinatını dəyişməyə, İrandan gələn mollalar üçün, Turandan gələn əfəndilər üçün …xanaya çevrildilər.
90-cı illərin əvvəlində kimin imkanı vardısa, balaca bir yer kirayələyib otelə çevirirdi. Bunu onsuz da hamı bilir. Heç gizlətməyə ehtiyac da yoxdur ki, bu otellərdə qadın alveri gedirdi. Sonradan dövlətimiz tədricən gücləndi, dövlət qurumları bu sahəyə nəzarət etməyə başladı.
Amma…
Bu gün də elə din xadimləri var ki, guya Allah qoymasa, otel açıblar, ancaq orada baş verənlərdən hamı xəbərdardır. Sözün qısası, bu gün də paytaxt Bakıda otel biznesi adı altında mentalitetimizə zidd və milli-mənəvi dəyərlərimizə uyğun olmayan əməllər baş verir.
Bu məqamda bir hadisə yadıma düşür.
Gundelik-baku.com-un redaksiyasına gələn ata-ailə başçısı dedi ki, evimdə pərdəni çəkməyə, pəncərəni açmağa icazə vermirəm. Ki, balaca qızlarım pəncərədən baxıb baş verən rüsvayçılığı görməsinlər. Söhbət evin qarşısındakı “HƏRƏMXANA”dan gedirdi.
Bəli, bu əməllər bu gün də davam edir. Konkret olaraq haqqında bəhs edəcəyimiz HAZZ OTEL VƏ NEMİ OTEL Nəsimi rayonu, Mirzə İbrahimov 18 ünvanda yerləşir.
Bu binada çox yüksək qiymətə ev-mənzil alanlar haradan bilərdi ki, burada nələr baş verəcək. Vətəndaşlar ev alıb, ailəsi, övladları ilə burada insan kimi yaşamaq, övlad böyüdüb tərbiyə etmək istəyir. Amma az qala hər mərtəbədə, balkonlarda baş verənləri görəndə düşünürsən ki, bu mühitdə tərbiyə çətin məsələdir. Gələcəyimiz gör hansı durumdadır.
Məlumat üçün qeyd edək ki, HAS OTEL-i Aslan adlı şəxs idarə edir.
Binanın 1-ci mərtəbəsində isə NEMİ otel yerləşir, sahibi Barat Abdullayevdir. Onun oğlu da buranı hər gecə eyş-işrət məclisinə çevirib.
Qoy, bu binadakı mənzilləri çox baha qiymətə vətəndaşlara satanlar, burada bu oyundan çıxanlar öz ailələrini, həyat yoldaşlarını, bacılarını, qızlarını bura gətirib nələr baş verdiyini göstərsinlər. Və başa düşsünlər ki, burada yaşayan ailə sahibləri hansı əzabı çəkir?
Yaxşı, bu ərazi konkret rayona – Nəsimi rayonuna aiddir. Bəs görəsən, həmin ərazinin icra nümayəndəsi Vaqif müəllim, rayonun icra başçısı Asif Əsgərov, rayonun polisi, digər dövlət qurumları nə düşünür ?
Sonda hörmətli Daxili İşlər Nazirimiz, general-polkovnik Vilayət Eyvazovdan binanın sakinləri adından xahiş edirik ki, özü şəxsən bu məsələni nəzarətə götürsün və milli dəyərlərimizə zidd olan bu əməllərə son qoyulsun.
Hər iki otellə telefon əlaqəsi saxlamağa çalışsaq da nəticə olmadı. Daha doğrusu, Nemi otelin saytda göstərdiyi nömrə təyin olunmadı.\Gundelik-baku.com
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz