Dünya dağılmayacaq, ancaq yadplanetlilərlə görüş baş tutacaq.Millitv bildirir ki, bu sözləri Rusiyada yayımlanan "Ekstrasenslərin savaşı" yarışının azərbaycanlı iştirakçısı Məlahət Nəzərova deyib.
Bildirmək istəyirik ki, Məlahət Nəzəraov Bakıda yaşayarkən bir çox öncə görmə proqnozları ilə insanların yaddaşında iz buraxıb.
Onun sözlərinə görə, dünyanı müharibə və inqilablar bürüyəndə Rusiya "təhlükəsiz bir ada" olacaq:
"Bütün Sovet İttifaqı ölkələri Rusiyaya sığınacaq. Yaponiya və Almaniya isə Rusiyanın ən etibarlı tərəfdaşı olacaq. Bu il isə yadplanetlilərlə rəsmi görüş baş tutacaq".
Ekstrasens görüşün Rusiyada keçiriləcəyini əlavə edib.
Qeyd edək ki, Məlahət Nəzərova vaxtilə SSRİ-nin dağılmasını, Dağlıq Qarabağ münaqişəsinin getişatını, Azərbaycanda bir sıra siyasi prosesləri və "Rusiyanın parlaq gələcəyi"ni proqnozlaşdırmışdı.
Millitv.az