Axtarış...

Göyçayda başçının da adının hallandığı BÖYÜK TALANÇILIQ... - İTTİHAM

Göyçayda başçının da adının hallandığı BÖYÜK TALANÇILIQ... - İTTİHAM

Göyçay rayon sakini Şıxəliyev Eldar Muxtar oğlu redaksiyamıza müraciət edərək qeyd edilən mövzunu ictimailəşdirməmizi xahiş edir. Eldar Şıxəliyevin dediklərini diqqətinizə çatdırırıq.
Mən Şıxəliyev Eldar Muxtar oğlu Göyçay rayon sakiniyəm. Video və fotolarda gördüyünüz bu avtomobillər Qarabaqqal kəndindən neçə ildir ki, torpaq daşıyırlar.

Çəyirli kəndində "Kərpicsan"MMC zavodu fəaliyyət göstərir.Həmin bu ağır tonnajlı yük avtomobilləri Qarabaqqal kəndindən torpağın üst qatını məhv edərək torpağı qeyd olunan ünvana daşıyırlar. Zavodla Qarabaqqal bələdiyyəsi arasında hər-hansı müqavilə yoxdur. Əslində bunlar qanunvericilik qaydalarına görə hər kub torpağa görə bələdiyyə büdcəsinə 2 azn və daha artıq pul köçürməlidirlər. Ancaq görsənən reallıq bundan ibarətdir ki, bunlar bələdiyyə və vergi fonduna pul ödəməkdən yayınırlar.
Bir neçə ay bundan əvvəl Qarabaqqal kənd bələdiyyə sədri Ramin Nəbiyev, icra nümayəndəsi Qurban Kərimov və ekologiya idarəsinin əməkdaşı Mübariz Hacıyev bu kimi qanunsuz əməllərinə görə həbs olundular və hazırda da istintaq gedir. Ancaq Hacallı kənd sakini İntiqam Nəsirov yenidən Qarabaqqal bələdiyyə şurasını yoldan çıxararaq alverə girişiblər.
Heç bir dövlət qurumu bu ərazidən daşınan yüklərin qeydiyyatını aparmır. Çünki yekunda daşınan yükləri az göstərərək pulu mənimsəyirlər.İcra başçısı Mehdi Səlimzadəyə rüşvət verilir. Ona görə baş verənlərə göz yumur.Bu yük avtomobilləri yüksək vəzifəli məmurlara məxsusdur. Buna görə onların yalnız bir amalı var, pul qazanmaq. Hətta torpaqla dolu, üstü də açıq şəkildə magistral yolda maneəsiz hərəkət edirlər.Yəni İsmayıllı rayonunda yerləşən və bu əraziyə nəzarət etməli olan dövlət yol polisi postu radardan keçən, dövlət nömrə nişanı olmayan və üstü açıq şəkildə magistral yolda hərəkət edən yük avtomobillərinə yaşıl işıq yandırır. Çünki onlara da aylıq haqq çatır.
Bu zavodun rəhbəri Türkiyədə terror şəbəkəsinə, Fetoya maliyyə yardımı etdiyinə görə həbs olunub.Hazırda ata və oğul Türkiyə respublikasında həbsdədir. Ancaq başqa bir oğlu Burada Göyçayda zavoda rəhbərlik edir və zavod tam gücü ilə işləyir. Mən xahiş edirəm ki,mənim fikirlərimi cənab prezident İlham Əliyevə çatdırın ki, görsün ki, Göyçayda Çəyirli kəndində Terrorçuları-Fətullah Güləni maliyyələşdirən zavod var.
Zavodun heç bir hüquqi normativ sənədləri qaydasında deyil.Havaya normadan artıq zəhərli maddələr buraxır, ekoloji qaydanı pozur, yerin təki haqqında qanunvericiliyin tələblərinə zidd fəaliyyət göstərilir, texniki təhlükəsizlik tədbirlərinə əməl olunmur, vergidən yayınma halları var və sair.

Qarabaqqal bələdiyyə şurası açıqca bu zavodla biznesə girişib torpaqları məhv edir və əldə olunan gəliri mənimsəyirlər.
Mən prezidentə, baş prokurorluğa və sair dövlət qurumlarına müraciət edərək təcili olaraq tədbir görülməsini xahiş edirəm.

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. Bu ittihamlara görə məsuliyyət daşımırıq. Mövzu ətrafında araşdırma aparacağıq və qeyd olunan materialları prokurorluq orqanlarına göndərəcəyik.

Eldar Şıxəliyev Göyçay sakini. //azinfo.tv//
Text-to-Speech

DİNLƏ






Şərh yaz