Axtarış...

Erməni təxribatı davam edir: Laçın dəhlizi bağlana bilərmi? - AKTUAL

Erməni təxribatı davam edir: Laçın dəhlizi bağlana bilərmi? - AKTUAL

Son günlər Ermənistan-Azərbaycan sərhəddində Rusiya sülhməramlılarının məsuliyyət zonalarında atəşkəsin pozulması halları baş verməkdədir.

Buna baxmayaraq, Azərbaycan Ordusu tərəfindən düşmənin təxribatlarına layiqli cavab verilir.

Atışmaların davam edəcəyi təqdirdə, Azərbaycan üçün əhəmiyyətli kommunikasiyalarından olan Laçın dəhlizi ilə bağlı məsələlər müzakirə mövzusudur.

Məsələ ilə bağlı Cebhe.info-ya danışan Milli Məclisin deputatı Azər Badamov bildirib ki, atışmaların davam etməsinə səbəb Ermənistanda hərbi birləşmələrdə itaətsizliyin höküm sürməsidir:

“Dağlıq Qarabağ münaqişəsinin bitməsi ilə əlaqədar 10 noyabrda imzalanmış üçtərəfli Bəyanatda Ermənistan məğlub olduğunu bəyan edərək hərbi əməliyyatların dayandırılması ilə bağlı öhdəlik götürmüşdü.

Çox təəssüflər olsun ki, belə bir akta imza atmasına baxmayaraq, dövlət sərhəddimizdə atışmalar olur. O cümlədən 23 iyulda baş vermiş atışma nəticəsində gizirimiz şəhid oldu. Bütün şəhidlərimizə Allah rəhmət eləsin. Belə bir sual yaranır. Niyə bu atışmalar davam edir?

Düşünürəm ki, bu sualın cavabı ondan ibarətdir ki, Ermənistanda hərbi birləşmələrdə itaətsizlik höküm sürür. Ermənistanın hərbi birləşmələri komandanlığa tabe olmur və istədikləri vaxtı aranı qızışdırmaq üçün sifarişlərə uyğun mövqelərimizi atəşə tutur. Təbii ki, Ermənistan tərəfinin növbəti təxribatına da layiqli cavab verilərək hücumlarının qarşısı yerindəcə alınıb. Ermənilərin itkiləri də qat-qat bizdən çox olur.

Gələcəkdə belə halların davamlı olmaması üçün biz təcilli dövlət sərhədlərimizin demarkasiya və delimitasiya işlərinin yekunlaşdırılması üçün Ermənistanı məcbur etməliyik. Ermənistanla dövlət sərhəddi xətti müəyyənləşdirərək tikanlı məftil çəkilməli, mühəndis qurğularını tikiməliyik. Bunun üçün müxtəlif yollar var.

Birinci yol onların ağası olan Rusiya ilə bu məsələni müzakirə edilərək qarşılarında ciddi şəkildə tələb qoymalıyıq. Hazırda bu istiqamətdə işlər gedir və Prezident İlham Əliyevin Moskvaya səfəri çərçivəsində bu məsələ də müzakirə olunub. Düşünürəm ki, ermənilər bu atışmaları onların son akkordlardır və tezliklə bütün bunlara son qoyulacaqdır”.

“Atışmalara görə Laçın dəhlizini bağlamalıyıqmı” sualını gəlincə, deputat bildirib ki, Laçın dəhlizi bağlanmamalıdır:

“İndiki halda Laçın dəhlizinə biz kənardan nəzarət edirik. Amma çalışmalıyıq ki, bu nəzarətimizi Rusiya sülhməramlıları ilə yaxından, yaradılmış blok-postlarda, yoxlama-nəzarət məntəqlərində həyata keçirməyimizə nail olaq.

Biz Laçın dəhlizinin bağlanması üzərində yox, əksinə bütün kommunikasiyaların açılamsına, o cümlədən Zəngəzur dəhlizinin də istifadəyə verilməsinə çalışmalıyıq və erməniləri buna məcbur etməliyik.

Bunun üçün bizim kifayət qədər potensialımız var və Prezident İlham Əliyev nəyi, necə və nə vaxt etmək lazımdırsa yaxşı bilir”.


Daha çox xəbər

Şərh yaz