Axtarış...

Bahalaşan və ucuzlaşan məhsullar AÇIQLANDI

Bahalaşan və ucuzlaşan məhsullar AÇIQLANDI

2021-ci ilin yanvar-iyun aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-iyun aylarına nisbətən 104,3 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,9 faiz, qeyri-ərzaq məhsulları üzrə 103,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,5 faiz təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu ilin iyun ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,5 faiz, əvvəlki ilin iyun ayına nisbətən 104,7 faiz təşkil edib.

2021-ci ilin iyun ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 98,6 faiz, əvvəlki ilin iyun ayına nisbətən 105,3 faiz olub.

Cari ilin iyun ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq ətinin, kolbasa məmulatlarının, dondurulmuş balığın, qatılaşdırılmış şəkərli südün, xamanın, kəsmiyin, pendirin, günəbaxan və qarğıdalı yağlarının, limonun, çuğundurun, yerkökünün, şəkər və şəkər tozunun, konfetlərin, çayın, mineral suların, limonadın, arağın, ucuzlaşma isə əsasən, mal və qoyun ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, bananın, almanın, armudun, alçanın, əriyin, şaftalının, çiyələyin, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, kələmin, kartofun, soğanın və sarımsağın qiymətlərində müşahidə olunmuşdur.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2021-ci ilin iyun ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, əvvəlki ilin iyun ayına nisbətən 104,6 faiz təşkil edib.

Cari ilin iyun ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma parçaların, boyaların, divar kağızlarının, polietilen su və kanalizasiya borularının, kəsilmiş taxtaların, parketin, sementin, mebellərin, soyuducuların, kondisionerlərin, tozsoranların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, velosipedlərin, boşqab, fincan və nəlbəkilərin, ucuzlaşma isə əsasən paltaryuyan maşınların, televizorların, mobil telefonların və kompüterlərin qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2021-ci ilin iyun ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin iyun ayına nisbətən 104,0 faiz olub.
Text-to-Speech

DİNLƏ






Şərh yaz