Axtarış...

Oliqarxın deputat kürəkəni Komitə sədri olur? - Açıqlama

Oliqarxın deputat kürəkəni Komitə sədri olur? - Açıqlama

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin rəhbərliyində dəyişiklik gözlənilir.

Bu barədə AzFakt.com-a Milli Məclisdən məlumat verilib.

Məlumata görə payızda baş verəcək dəyişiklikdə Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə deputat Anar Məmmədov seçiləcək. Hazırkı sədr Tahir Mirkişilinin isə başqa vəzifəyə göndəriləcəyi deyilir.

Anar Məmmədov ölkənin ən qalmaqallı iş adamlarından olan, keçmiş Nəqliyyat Naziri Ziya Məmmədovun sağ əli sayılan Qulam Ələkbərovun kürəkənidir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində çalışan Anar Məmmədovun deputat seçilməsində qayınatasının mühüm rolu olduğu deyilir.

Qeyd edək ki, Qulam Ələkbərov uzun illər Ziya Məmmədovun tikinti işlərinə rəhbərlik edib. Onun "28 may" metrosunun çıxışındakı hündürmərtəbəli yaşayış binasından və oradakı yeraltı tuneldə tikilən ticarət mərkəzindən milyonlarla vəsait qazandığı bildirilir.

Qulam Ələkbərov bir zamanlar Goranboy rayonunda baş verən qızıl yataqlarının qazıntı məsələsi ilə də ölkə mediasının gündəmini zəbt etmişdi.

AzFakt.com xəbərə aydınlıq gətirilməsi üçün Anar Məmmədovun köməkçis ilə əlaqə yaradıb. Deputatın köməkçisi hazırda Anar Məmmədovun məzuniyyətdə olduğunu, məsələ ilə əlaqədar sentyabrın 5-dən sonra zəng etməyimizi bildirdi.

Xatırladaq ki, Anar Məmmədov bu ilin fevral ayında keçirilən deputat seçkilərində 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən deputat seçilib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz