Axtarış...

Minlərlə saxta əlillik aşkar edildyi halda Sahil Babayev niyə öz işçilərini cəzalandırmır?.. - AKTUAL

Minlərlə saxta əlillik aşkar edildyi halda Sahil Babayev niyə öz işçilərini cəzalandırmır?.. - AKTUAL


“Dəxli yoxdur, nazir Səlim Müslümov olsun, ya da Sahil Babayev. Fakt odur ki, minlərlə saxta əlilik dərəcələri verənlər ƏƏSMN-nin məmurlarıdır və onların hərəkətləri cinayət məsuliyyətinə aiddir”.

Bu sözləri sosioloq Elçin Bayramlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həqiqi əlillərin pensiyasını kəsməsini və qazilərlə nazirlik arasındakı yaranan narazılığı PİA.az-a şərh edərkən qeyd edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əvvəlki dövrlərdə saxta şəkildə əlillik dərəcəsi alaraq dövlətdən pensiya alan yüzlərlə şəxsin əlilliyi ləğv edilib və onların arasında qazilərdə var. Qazilərlə nazirlik arasında gərginlik isə getdikcə artır. Bəzi ekspertər isə hesab edirlər ki, ƏƏSMN-nin başlatdığı bu proses həqiqi əlilliyi olanların da sosial təminatının əngəllənməsinə qədər gedib çıxır.

Qeyd edək ki, ölkədə hansısa yollarla saxta əlilliyi olan və büdcədən pensiya, təqaüd alanların olduğu hər kəsə məlum idi, nazirliyin bu istiqamətdəki fəaliyyəti də ilk günlərdən dəstəkləndi. Lakin sonradan məlum oldu ki, bəzi hallarda bu proses həqiqi əlilliyi olanların da sosial təminatının əngəllənməsinə qədər gedib çıxır. Bəzi şəxslər əlillik dərəcələrinin yüngülləşdirilməsindən, bəziləri isə ümumiyyətlə, əlillik müddəti bitdikdən sonra onun uzadılması ilə bağlı müraciətə imtina gəlməsindən narazıdır.

ƏƏSMN minlərlə saxta əlillik aşkar etdiyi halda niyə yerlərdə bu əliliyi verən tibbi komissiyalar və nazirliyin müvafiq şöbləri cəzalandırılmır? Ümumiyyətlə bu prossesdə ƏƏSMN-ni nə qədər səmimi hesab etmək olar?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillik islahatını PİA.az-ın əməkdaşı “Altay” Araşdırmalar Mərkəzinin rəhbəri, sosioloq Elçin Bayramlı ilə müzakirə edib.

Saxta əlillik verən məmurları nazirliyin cəzalandırmadığına diqqət çəkən sosioloq PİA.az-a bildirib ki, ortada olan mənzərə onu deməyə əsas verir ki, cinayətləri törədən nazirliyin öz işçiləridir. Buna görə də nazirlik günahı isə başqa yerdə axtarır və bunun zərəri yalnız günahsız vətəndaşlara dəyir:

“Son 30 ildə xeyli vətəndaşın rüşvətlə, saxtakarlıqla əlillik dərəcələri aldığı məlumdur. Əlbəttə ki, onları aşkar edib bundan məhrum etməli, həmin qənaət edilmiş vəsaitləri həqiqi əlillərə vermək lazımdır. Lakin, nazirlik bununla məşğul deyil, əli ayağı olmayan şəxslərin əlillik dərəcələrini aşağı salmaqla məşğuldur. Hansı ki, onlar o ayağını, qolunu vətən uğrunda itirib və ömürlük əlil olub.

O saxtakarlara bu dərəcələri kim verib? Niyə nazirlik həmin məsul şəxsləri tapıb cəzalandırmır? Hamımız bilirik ki, bu cinayətləri törədən nazirliyin öz işçiləridir. Dəxli yoxdur, nazir Səlim Müslümov olsun, ya da Sahil Babayev. Fakt odur ki, minlərlə saxta əlilik dərəcələrini verənlər ƏƏSMN-nin məmurlarıdır və onların hərəkətləri cinayət məsuliyyətinə aiddir. Bu məmurların sayı isə yüzlərlələdir.

İndi mən soruşuram, Sahil Babayev onların neçəsini məsuliyyətə cəlb edib, neçəsi haqqında cinayət işi açılıb? Səlim Müslümovun həbsini bura aid etmək doğru olmaz. Çünki söhbət birbaşa cinayət əməli törədən yüzlərlə məmurdan gedir və onların böyük əksəriyyəti yenə də öz vəzifələrində çalışmaqdadırlar.

Bu halda indi baş verənlərin baş verməsi çox təbiidir. Çünki həmin cinayəti törədən və hazırda vəzifədə olan bu şəxslər günahı başqa istiqamətə yönəltməyə cəhd edirlər və bu da təbiidir. Buna görə də zərər yalnız günahsız vətəndaşlara dəyir.

Ümumiyyətlə, sosial nazirliyin fəaliyyətini çox mənfi qiymətləndirirəm. Proses ədalətli aparılmır. Göz qabağında ayağının dizdən aşağı hissəs olmayan müharibə veteranını necə illik dərəcəsini aşağı salmaq olar? Orada yenidən ayaq bitəcək? Yoxsa o tək ayaqla istədiyi işdə işləyib özünü və ailəsini yaşada biləcək?

Sosial nazirlik öz adına uyğun deyil. Öz mahiyyəti üzrə də işləmir. Bunu pandemiya zamanı sosial yardımların verilməsində də gördük, indi də əlillərə yanaşmadakı biabırçılıqda da görürük. Digər sosial yardımların necə ədalətsiz paylanmasında, yerli idarələrində rüşvətin baş alıb getməsində də görürük. Bundansa bu nazirlik ləğv edilsə, yaxşıdır. Əhalinin də çoxu ondan narazıdır”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz