Axtarış...

"Tarix gözümüzün qarşısında məhv olub gedir..." - Nazirin nəzərinə...

"Tarix gözümüzün qarşısında məhv olub gedir..." - Nazirin nəzərinə...

Qax rayonunun İlisu kəndinə gedən yolda, Kürmük çayının üzərində salınan Ulu körpü dağıntılara məruz qalıb.

Bu barədə Bakupost.az -a məlumat verən kənd sakinləri bildirir ki, həmin körpü uçulub-sökülür, lakin dövlət tərəfindən tarixi-memarlıq abidə kimi qorunduğu üçün kənd camaatı heç bir şey edə bilmir:

“Tarix gözümüzün qarşısında məhv olub gedir, imkan da vermirlər ki, biz - yerli sakinlər bir əncam edək. Deyirlər ki, müvafiq qurumların icazəsi olmadan heç bir şey etmək olmaz. Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi və digər cavabdeh qurumlar buna biganə yanaşırlar. Heç olmasa imkan versinlər, özümüz o körpünü təmir-bərpa edək. Deyilənə görə, vaxtılə bu körpünün tikintisində inşaat materialı kimi yumurta sarısından, çay daşı, əhəng məhlulu və bişmiş kərpicdən istifadə olunub. O vaxt dağ çayından güclü gələn sel bu körpünün üzərindən aşıb, amma onu dağıda bilməyib. İndi əldən gedir, uçur-dağılır. Sakinlər fotoların çəkib paylaşırlar ki, bəlkə kimsə nəsə edə. Dağıntılar təkcə bu şəkillərdə görünəndən ibarət deyil, digər ətraflarında da sökülmələr gedir. Tarixi abidədi deyə heç kim müdaxilə edə bilmir ki, körpünü düzəldək, dağıntının qarşısını alaq”.

Sakinlər qeyd edir ki, 1980-ci ildə həmin körpünün yanında yeni, müasir körpünün tikilməsinə baxmayaraq, bugünkü nəsillər, eləcə də rayona gələn turistlər bu nadir abidəni seyr etməklə onun üzərindən keçib getməkdən zövq alırlar.

Güman edirik ki, üç əsrdən artıq tarixə şahidlik edən Ulu körpünün gələcək nəsillərə də ötürülməsi üçün aidiyyəti qurumlar müvafiq işlərə başlayacaq. Bu cür nəhəng tarixə malik bir abidənin məhvinə imkan verməyəcəklər.

Qeyd edək ki, Ulu körpünün XVII əsrin sonu, XVIII əsrin əvvəllərində tikildiyi ehtimal olunur. Məlumata görə, körpü el sənətkarı usta Ömər tərəfindən inşa edilib.
"Tarix gözümüzün qarşısında məhv olub gedir..." - Nazirin nəzərinə...
"Tarix gözümüzün qarşısında məhv olub gedir..." - Nazirin nəzərinə...
"Tarix gözümüzün qarşısında məhv olub gedir..." - Nazirin nəzərinə...
"Tarix gözümüzün qarşısında məhv olub gedir..." - Nazirin nəzərinə...
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz