Ucarda sakinlər bundan narazılıq edir... - FOTOLAR
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Ucarda Heydər Əliyevin adını daşıyan prospekt baxımsız vəziyyətə düşüb. Ucar sakinləri “Bizim xəbər.az”a bildiriblər ki, söhbət rayonun ən böyük prospektinin işıqlandırılmamasından gedir.
Belə ki, axşam saat 18-də, hava qaralandan sonra prospekt zülmət qaranlığa bürünür. Buna görə də orada hərəkət etmək çətinləşir. Sakinlər bildirirlər ki, bəzi sakinlər özləri həyətyanı sahələrinin və mağazalarının qarşısını öz hesablarına işıqlandırırlar.
Qəribədir, görəsən yerli qurumlar niyə aylardır bu məsələyə biganə yanaşırlar? Bir faktı da qeyd edək ki, zülmət qaranlığa bürünən prospektdə icra hakimiyyətinin binasının xüsusi işıqlandırılması da diqqət çəkir. Qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.