Türkiyənin şimalındakı Ordu vilayətində leysan yağışları nəticəsində 4 körpü aşıb.
Millitv.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.
Daha bir körpünün aşma riski mövcuddur.
Qeyd olunur ki, yaxınlıqda yerləşən tekstil fabrikində 165 nəfər təxliyə olunmağı gözləyir.
Təxliyənin həyata keçirilməsi üçün bölgəyə helikopterlər cəlb olunub.