Axtarış...

Bakıda yaşayan rayon qeydiyyatlı şəxslərin DİQQƏTİNƏ!



İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi rayonda qeydiyyatda olub Bakıda (digər şəhər və rayonlar) yaşayan vətəndaşların icbari tibbi sığorta xidmətlərindən necə istifadə edəcəyinə aydınlıq gətirib.

Agentlkdən bildirilib ki, “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 24-cü maddəsinə əsasən, pasiyentin təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla həkimin öz razılığı ilə xəstənin həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək hüququ var.

Məlumatda qeyd olunub ki, icbari tibbi sığorta çərçivəsində sığortaolunanların tibbi xidmətlərdən istifadə şərtləri xidmətlər zərfi, ilkin səhiyyə xidmətlərdən istifadə şərtləri isə təhkimolunma qaydaları ilə tənzimlənəcək. Sözügedən sənədlər hazırda müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir. Xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin adları, tarifləri, müştərək maliyyələşmə məbləği, o cümlədən təhkimolunma qaydaları təsdiq olunduqdan sonra bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.//Apa.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz