Axtarış...

Ölkə miqyasında icbari tibbi sığortanın tətbiq ediləcəyi VAXT AÇIQLANDI

Ölkə miqyasında icbari tibbi sığortanın tətbiq ediləcəyi VAXT AÇIQLANDI

"Gələn ilin yanvarından Azərbaycanda hər kəsə ölkə miqyasında icbari tibbi sığorta xidməti göstəriləcək. Hazırda icbari tibbi sığorta sahəsində işlər aparılır".
ONA-nın xəbərinə görə, bunu jurnalistlərə Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.
O bildirib ki, "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tərkibinə keçən xəstəxanaların hazır vəziyyətə gətirilməsi üçün işlər aparılır və hüquqi normativ sənədlər hazırlanır: "Vətəndaşların müxtəlif kateqoriyalara xidmət göstərməsinin maliyyələşməsi ilə bağlı formaları fərqli olacaq. Təbii ki, pensiyaçılar, əlillər dövlət tərəfindən sığortalanacaq. Digər kateqoriyadan olan əhali isə icbari tibbi sığorta haqqını ödəməklə xidmətdən faydalanacaqlar. Burada muzdlu işçilər üçün bir qayda nəzərdə tutulub. Onların əmək haqqından, işə götürənin isə qazancından müəyyən faizlərin Agentliyə ödənməsi nəzərdə tutulur. Muzdlu əməklə məşğul olmayanlar üçün müəyyən bir məbləğ müəyyənləşəcək ki, bu ödəniş də o qədər böyük deyil".
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz