Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasov 2019-cu ilin yekun hesabatında əngəl yaşayanlardandır. Bu barədə DİA.AZ-a məlumatlı mənbədən informasiya daxil olub.
Mənbənin dia.az-a söylədikləri: "Şair Alxasov ilin yekunları ilə bağlı Qusar RİH adından maliyyə hesabatını yekunlaşdıra bilmir ki, buna da səbəb ayağında olan maliyyə kəsirləridir. Məhz bu maliyyə pozuntuları səbəbindən onun gələcəkdə başı ağrıya bilər.
Mənbə iddia edir ki, Şair Alxasov maliyyə hesabatının hazırlanması üçün mütəxəssis kirayələyib.
Qeyd edək ki, son vaxtlar icra başçılarınn peşəkarları sifariş etmələri adət halına çevrilib.
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
dia.az