Axtarış...

"İstəsəm imtahanı bu dəqiqə saxlayaram..." - Bakı Humanitar Kollecində ÖZBAŞINALIQLAR...

"İstəsəm imtahanı bu dəqiqə saxlayaram..." - Bakı Humanitar Kollecində ÖZBAŞINALIQLAR...


İstəsəm imtahanı bu dəqiqə saxlayaram... Sənə bu səlahiyyəti kim verib, Qaralova ?

Son 30 ildə ən çox mənəvi deqradasiyaya məruz qalan sahələrdən biri də təhsil, məktəb sahəsidir.
Təsəvvür edirsiniz, müəllim öz az yaşlı şagirdinə təcavüz edib..
Konkret olaraq Sabirabadda 8 saylı məktəbin direktoru şagirdə qarşı seksual hərəkətlər edib.
Hansısa məktəbdə, daha doğrusu, Masallıda şagird müəllimindən hamilə qalıb.
Bu faktları kifayət qədər artırmaq olar. Amma nə fayda. Müdriklər deyib ki, dənizin dadını bilmək üçün 1 damcı kifayətdir. Məktəblərimiz də eləcə...
Bütün bunların başında bilirsiniz nə dayanır ?
Rüşvət və korrupsiya məktəblərə yol tapdı.
Necə ki, narkomanı müalicə etmək olmur, rüşvətxorluq da elədir.
Məktəb, kollec direktorları bəzi məmurların əlaltısına çevriləndə belə də olmalı idi.
Əgər müəllim şagirdlərdən pul ala bilirsə, məktəb direktoru tabeçiliyində olan müəllimlərdən hər ay maaş vaxtı 15-20 manat tutmaq üçün yüz rola girirsə, məktəbdə tərbiyədən danışmaq artıq mənasızdır.
Bilirsiniz, rüşvətxorluq da əxlaqsızlıq kimidir. Çətini bircə dəfədir. Sonra problem olmur. Yəni rüşvət almaq və vermək çox ciddi psixoloji problemdir.
Bu iyrənc məsələ məktəblərə yol tapdısa, cəmiyyət üçün ciddi problem yaranır. Şagird, yaxud tələbə müəlliminə rüşvət uzada bildisə cəmiyyət üçün dəhşətli problemlər yaşanır.
Sözün qısası, uzun müddətdir, nəinki kolleclərdə, ali məktəblərdə, hətta orta məktəblərdə və uşaq bağçalarında rüşvət çiçəklənir.
Deməli, əxlaqsızlıq uşaq baxçalarına qədər gedib çıxıb. Anladınızmı..?
Bəs indi nə baş verir ?
Pandemiya ilə bağlı bu böyük rüşvət və korrupsiya şəbəkəsi SIXINTI keçirir.
Ona görə də bir çox kollec direktorları SIXINTI yox ee, SARSINTI keçirir, AQRESSİV-ləşir, çünki bazar daralıb, PUL yığmaq problemə çevrilir.
Belə SARSINTI keçirən kollec direktorlarından biri də Bakı Humanitar Kollecin direktoru Nərmin Qaralovadır.
Belə ki, direktor Nərmin Qaralova onlayn imtahan zamanı sinif nümayəndəsinin növbədənkənar imtahana qatılmasına özünəməxsus şəkildə etiraz edib. O, olduqca aqressiv formada sinif nümayəndəsinin imtahandan çıxmasını tələb edərək “bizə şamtutan lazım deyil” deyə bir ifadə işlədib. Sonra əlavə edib ki, istəsəm imtahanı bu dəqiqə saxlayaram.
Sən kimsən, axı, Nərmin Qaralova, imtahanı saxlayasan ?
İmtahanlar Təhsil nazirliyinin təsdiq etdiyi qayda üzrə aparılır. Sənin nə ixtiyarın var ki, imtahanı ləğv edəsən ?
Sənə bu səlahiyyəti kim verib ?
Bəlkə, qohumun Qaralov ?
İkincisi, sənin belə bir ifadə işlətməyin nəinki müəllim adına yaraşmır, hətta ''yolçular'' belə ifadə işlətməz. Tələbələr səndən hansı tərbiyəni götürsün ?
Deyirsən, guya qədim Yunanıstanda elektrik olmayanda şagirdlərdən biri dərs vaxtı ŞAM tuturmuş. Guya onu nəzərdə tutmusan.
Yaxşı, bəs sənin ŞAM-ını kim tutub Nərmin Qaralova ?
Ümumiyyətlə, onu qeyd etməliyik ki, orta ixtisas təhsili müəssisələrində, kolleclərdə, liseylərdə vəziyyət bərbaddır.
Yeri gəlmişkən, növbəti yazımız peşə məktəbləri, yəni peşə liseyləri ilə bağlı olacaq.
Bizi izləyin.

Teref.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz