Axtarış...

Bakıda məktəb direktorlarının arayış biznesi: - Bakı Türk litseyinin nüfuzu təhlükə altında

Bakıda məktəb direktorlarının arayış biznesi: - Bakı Türk litseyinin nüfuzu təhlükə altında

Son günlər Bakı Türk Litseyinin hər il ənənəvi keçirdiyi qəbul imtahanı ilə bağlı müxtəlif iddialar irəli sürülməkdədir. Litseyə qəbul imtahanı verəcək şagirdlərin valideynlərinin bəziləri iddia edir ki, qəbulla bağlı litseyə şagirdlər tərəfindən saxta sənədlər təqdim olunub. Belə ki, qəbul olunmuş qaydaya əsasən, litseyə yalnız bu tədris ilində orta məktəblərin beşinci sinfində təhsil alan şagirdlər qəbul oluna bilər. Amma valideynlərin cumhuriyyet.az-a verdiyi məlumata görə isə bu ilki qəbulda 60 dan çox 6-cı sinif şagirdləri iştirak edir ki, onların da əlində təkrar beşinci sinifdə qalmaqları barədə arayış var.
Altıncı sinif şagirdlərinin qəbulda iştirak edərək daha yüksək balla yerləri daha çox tutduğunu öz övladlarına haqsızlıq hesab edən beçinci sinif valideynləri 6 iyun 2019-cu ildə Dəyanət vəqfi Bakı Türk litseyinin qarşısında etiraz aksiyası keçiriblər. Eyni zamanda cumhuriyyet.az bildirir ki, litsey tərəfindən Hünər Kurslarının facebook səhifəsində valideynlərə müraciət ünvanlanıb və bildirilib ki, sınaq imtahanında biliyini yoxlamaq məqsədilə müxtəlif siniflərin şagirdləri iştirak edə bilər. Qəbulda isə yalnız 2018-2019 -cu tədris ilində beşinci sinifdə təhsil alan şagirdlər iştirak edəcəklər. Valideynlər isə hələ də narahatdır, təkrar beşinci sinifdə qalmış şagirdlər bu qəbulda iştirak edə biləcəkmi? Bunu dəqiqləşdirmək məqsədilə bir qrup valideyn cumhuriyyet.az-a müraciət edərək sınaq imtahanlarında iştirak etmiş 6-cı sinif şagirdlərinin siyahısını bizə təqdim ediblər. Ötən il 5-ci sinif şagirdi kimi Dəyanət vəqfi Bakı Türk litseyinə qəbul üçün imtahan verən 60-dan artıq şagird bu il də qəbul üçün sənəd verib. Məntiqlə belə çıxır ki, bu şagirdlər bacarıqsız və qiymətləri aşağı olan şagird kimi, bir il sinifdə qalıblar. İndi bu şagirdlərin Dəyanət vəqfi Bakı Türk litseyində uğurlu nəticəsi bu litseyin nüfuzunu şübhə altına alacaq. Amma hər kəsə bəllidir ki, reallıq 60-dan artıq şagirdə orta məktəb direktorları tərəfindən verilən saxta sənəd üzərində qubrulub.
Media olaraq Litseyin rəhbərliyinə bu məsələdə daha diqqətli olmağı tövsiyyə edirik. Litseyin qəbul imtahanında yüksək bal toplamış şagirdin orta məktəbdə sinifdən sinfə keçə bilməməsi absurddur. Tədris ili bitmədən sinifdə qalmaq haqda arayışı əldə etmək daha absurddur. Bu qədər çox saylı şagirdin 6-çı sinfə keçə bilməməsi üçqat absurddur. Bütün bu hallar gerçəkdən baş veribsə, məsuliyyət birbaşa həmin orta məktəblərin direktorlarının üzərindədir. Sonda bu məsələnin düzgün həllli üçün litseyin yüksək həsasslıq göstərməsinə inamımızı bildirməklə yanaşı, şagirdlərimizə uğurlar arzulayırıq.
Mövzunu və iki il “5-ci sinif şagirdi” olan şagirdlərin nəticələrini diqqətdə saxlayacağıq.
Bakıda məktəb direktorlarının arayış biznesi: - Bakı Türk litseyinin nüfuzu təhlükə altında
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz