Axtarış...

“XƏZƏR ADALARI”NA “SİLİNƏN” MİLYARDIN QARABAĞ SAVAŞINDAKI ƏKS-SƏDASI... – Fırıldaq layihələrin müəllifi niyə yoxa çıxıb?

“XƏZƏR ADALARI”NA “SİLİNƏN” MİLYARDIN QARABAĞ SAVAŞINDAKI ƏKS-SƏDASI... – Fırıldaq layihələrin müəllifi niyə yoxa çıxıb?



General Rövşən Əkbərovun həbsilə bağlı cinayət işində Diaspora ilə iş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun da adının hallanmasına dair məlumatlar istər-istəməz “İbrahimov qardaşları” mövzusunu bir daha gündəmə gətirmiş oldu.

Xatırladaq ki, general Əkbərovun 2001-ci ildə qətlə yetirdiyi iddia edilən iş adamı Elçin Əliyevin anası bununla bağlı cinayət işinə Nazim İbrahimovun da cəlb edilməli olduğunu demişdi. Təbii ki, bu işdə N.İbrahimovun iştirakının nədən ibarət olduğu barədə birmənalı fikir söyləməkdən uzağıq. Ancaq maraqlı olan daha çox N.İbrahimov da daxil olmaqla İbrahimov qardaşlarının adının əsas etibarilə kriminal, korrupsiya, külli miqdarda dələduzluq, fırıldaqçılıq, mənimsəmə və digər bu tip cinayətlərdə hallanmasıdır.

Məlum olduğu kimi, N.İbrahimovun vaxtilə rəhbərlik etdiyi komitə ən korrupsiyalaşmış qurumlardan biri kimi təqdim olunurdu, eləcə də dövlət məmuru olmasına rəğmən onun özünə aid böyük bizneslərinin olduğu barədə məlumatlar vardı.

Qardaşı Sahib İbrahimov isə rəsmən Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. İş adamı hesab olunan bu şəxs barəsində həbs qətimkan tədbiri seçilib, lakin bir müddət sonra azadlığa buraxılıb.
“XƏZƏR ADALARI”NA “SİLİNƏN” MİLYARDIN QARABAĞ SAVAŞINDAKI ƏKS-SƏDASI... – Fırıldaq layihələrin müəllifi niyə yoxa çıxıb?

Onun sahibi olduğu tikinti şirkətinin vətəndaşları aldatması ilə bağlı dəfələrlə mətbuatda şikayətlər dərc olunub, şikayətçilər müqavilə əsasında şirkətə pul ödəsələr də, mənzillərin onlara verilmədiyini bildiriblər...

İbrahimov qardaşları arasında “ən populyarı” isə təbii ki, “Hacı” İbrahim Nehrəmli kimi tanınan İbrahim İbrahimovdur.

Yeri gəlmişkən, bu şəxs Azərbaycanda “Hacı” anlayışını dəyərdən salan, lağ-lağı obyektinə çevirən əsas fiqurlardan biri kimi təqdim olunur. İstintaq materialları və mətbuatda dərc olunan faktlar göstərir ki, məhz həmin bu “Hacı” digər qardaşlarından da daha irəli gedərək, xüsusilə “Beynəlxalq Bank işi”ndə “gül vurub”.
“XƏZƏR ADALARI”NA “SİLİNƏN” MİLYARDIN QARABAĞ SAVAŞINDAKI ƏKS-SƏDASI... – Fırıldaq layihələrin müəllifi niyə yoxa çıxıb?

Götürüb qaytarmadığı kreditn həcminə görə liderlər sırasında olan “Hacı İbrahim”in Beynəlxalq Bankdan 850 milyon manat, yəni həmin dövrun kursu ilə 1 milyard dollardan artıq pul götürdüyü üzə çıxıb. Özü də bu vəsait ilk başdan mifik görünən, sonradan fırıldaq tələsindən başqa heç nə olmadığı məlum olan “Xəzər Adaları” adlı layihə üçün götürülüb və mənimsənilib.

Sonradan mətbuatın yazdığına görə, həmin pulların böyük qismi xaricdə biznes qurmağa, şəxsi təyyarəyə, bahalı avtomobillərə, gözəllik yarışlarına, katibələr üçün alınan yüz min dollarlıq “cip”lərə, səyahətlərə və s. xərclənib. Yəni “yeyilib, üstündən su da içilib”.
“XƏZƏR ADALARI”NA “SİLİNƏN” MİLYARDIN QARABAĞ SAVAŞINDAKI ƏKS-SƏDASI... – Fırıldaq layihələrin müəllifi niyə yoxa çıxıb?

Bəs sonra nə oldu? Heç nə - həmin bu “Hacı” DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin (MCQMBİ) zirzəmisində 10-15 gecə saxlanıldıqdan sonra, krediti ödəmək öhdəliyi götürərək azadlığa çıxsa da, bunun çox cüzi bir hissəsini qaytardı.

Hətta bir müddət sonra Beynəlxalq Banka qalan 800 milyondan artıq borcunu qaytarmaqdan imtina etdi. Xəzər dənizinin sahilində tikdiyi 4-5 yarımçıq binanı Beynəlxalq Bankdan götürdüyü kreditlərlə əvəzləməyə çalışdı və belə görünür ki, buna da nail oldu.

Sən demə nə vaxtsa Beynəlxalq Bankın onunla məlum əlaqədə olan rəhbərliyi “Hacı”nın “Xəzər Adaları”ndakı 5 yarımçıq obyektini qiymətləndirib və onlara 1,5 milyard manat kimi fantastik qiymət kəsib. Hansı ki, bu vəsaitə 4-5 bina tikmək yox, normal bir şəhər salmaq olardı…
“XƏZƏR ADALARI”NA “SİLİNƏN” MİLYARDIN QARABAĞ SAVAŞINDAKI ƏKS-SƏDASI... – Fırıldaq layihələrin müəllifi niyə yoxa çıxıb?

Nəhayət, bütün bunlara baxmayaraq, bu gün kimlərinsə himayədarlığı sayəsində “Hacı” İbrahim azadlıqdadır, onun Beynəlxalq Bankdan götürdüyü və sonradan dövlətin, xalqın “belinə yüklənən” 1 milyardın əvəzində isə ortada dəyəri 50 milyon da etməyən 4-5 sınıq-salxaq yarımçıq bina var. Bu da oldu “haqq-ədalətin zəfəri”.

Təəssüf ki, Azərbaycan reallıqlarında belə şəxslərin “sudan quru çıxması” adi hala çevrilib.

Ancaq bununla yanaşı, istər-istəməz sual yaranır ki, bəs xalqın yüz milyonlarını “əridən” belələri müharibə günlərində və ondan sonra harada idilər?

Elə həmin bu İbrahimov qardaşlarının müharibə və ondan sonrakı dövrdə hansısa şəhid, qazi, yaralı ailəsinə kömək etdiyini, “Yaşat” Fondu və digər qurumlara vəsait ödədiyini görən, bilən varmı? Elə Beynəlxalq Bankdan götürülən və sözün əsl mənasında talanan 1 milyardın hansı hissəsi belə ailələrə paylanıb?
“XƏZƏR ADALARI”NA “SİLİNƏN” MİLYARDIN QARABAĞ SAVAŞINDAKI ƏKS-SƏDASI... – Fırıldaq layihələrin müəllifi niyə yoxa çıxıb?

Hanı gözəllik yarışmaları təşkil edən, ordan-burdan qız çağırıb başına toplayan, utanmadan onlarla pozlar verib şəkil çəkdirən, bahalı konyak içməsilə öyünən həmin bu “Hacı”?...

Bu sualları çoxaltmaq da olar. Ancaq əsas sual odur ki, nədən dövlət belələrindən ibarət “iş adamı” adı altında fırıldaqçı, dələduz dəstəsinə çevrilən bir zümrə formalaşmasına imkan verib?

Çox təəəssüf ki, ölkənin aparıcı mətbuat orqanlarının rəhbərlərinin də əksəriyyəti şəxsi maraqları naminə belələrinin təbliğatçısına çevrilir, onları ifşa etmək əvəzinə, dövləti talamasında, milləti aldatmasında iştirak edirlər. Nəyə görə, hər kəsə aydındır!
“XƏZƏR ADALARI”NA “SİLİNƏN” MİLYARDIN QARABAĞ SAVAŞINDAKI ƏKS-SƏDASI... – Fırıldaq layihələrin müəllifi niyə yoxa çıxıb?

İndi isə bunlar mənimsədikləri və sonradan dövlətin belinə yüklənən pullarla yenə kefdə-damaqdadırlar, lyuks həyat keçirirlər, şəhid, yaralı, qazi ailəsi isə ehtiyac içindədir. Niyə? Soruşan varmı ki, təkcə həmin bu “Hacı”ya verilən 1 milyarda neçə şəhid, qazi ailəsini mənzillə, övladlarını təhsillə, normal dolanışıqla təmin etmək, neçə yaralımızı müalicə edib həyata

Son zamanlar mətbuatda sabiq məmurların oğurladıqları yüz milyonların, milyardların büdcəyə qaytarılmasının zəruriliyinə dair tez-tez materiallar dərc edildi. Səlim Müslümovun həbsi, bəzi “sabiqlərin” istintaqa cəlb edilməsi və s. proseslərin də şahidi olduq.

Ancaq yaxşı olar ki, “iş adamı” adı altında kimlərinsə “kölgəsində” dövlətin külli miqdarda vəsaitini mənimsəmiş, xalqa, dövlətə kələk gəlmiş şəxslər də “yada salınsın”. Çünki onların mənimsədikləri hər manatda bu gün sosial dəstəyə, normal yaşayışa, mənzilə və s. ehtiyacı olan adi vətəndaşın, eləcə də şəhidin, qazinin haqqı var!

“AzPolitika.info”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz