Bakıda sevgilisini bıçaqlamaqda təqsirləndirilən Racxan İbrahimovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Open.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində akim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən Racxan İbrahimov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, R.İbrahimov Bakıda sevgilisi Ellada Əlizdadəni qısqanclıq zəminində bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Racxan İbrahimov polis tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 126.2.2-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham verilib.