İRANLA AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNİN GƏLƏCƏK PERSPEKTİVLƏRİ
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Şaban Cahandidə
MilliTV.az Dağlıq qarabağ münaqişəsi artıq sona çatmışdır. Prezident İlham Əliyev və digər dövlət rəsmiləri belə bir ifadə ilə çıxış edibrlər, üç tərəfli bəyanat münaqişəyə son qoydu. Azərbaycan respublikası prezidenti 20 noyabr müraciətində münaqişədən sonraki vəziyətlə bağlı çox mühüm bəyanatlar səsləndirdi və hətta azərbaycan dövlətinin yerəvanda sağlam qüvvələr hakimiyyətə gələcəkləri təqdirdə ermənistan dövləti ilə normal münasibətlər qurmağa hazır olduğunu söylədi.
Azərbaycan prezidenti həmişə olduğu kimi uzaqgörən baxışları ilə həm Azərərbaycanın münaqişədən sonrakı vəziyyətini , eyni zamanda ölkələr arasında münasibətlərin gələcək perspektivləri ilə bağlə yol xəritəsi hazırlayır. İlham Əliyev 44 günlük müharibə dövründə erəmənistana dəstək verməyən ölkələrə bir daha təşəkkürünü bildirərək, İran İslam Respublikasının dəstəyinə xüsusi diqqət yetirdi. Prezident Əliyev bəyan edib: “ Mən bunu bilirəm ki, ermənilər silahları nəyə görə İran üzərindən gətirə bilməyiblər. Ona görə ki , İran bizim dost və qardaş ölkəmizidir. Bizim xahişimizi nəzərə alaraq öz hava məkanını bağlayıb, ona görə ki qardaş ölkə istəməyib,onlar gəlib azərbaycanlıları öldürsünlər.”
44 günlük müharibə dövründə Azərbaycan Prezidenti, xarici mediyalarla müsahibəsində də İranla bağlı bəzi jurnalistlərin təxribat xarakterli suallarını cavablandırarkən , İrana öz təşəkkürünü bildirmişdir. Halbuki xarici mediya nümayəndələri bunun əksini gözləyirdilər, amma Azərbaycan Prezidenti onların dezinformasiyalarını alt-üst etdi. Azərbaycan Prezidenti və onun kömkçisi Hikmət Haciyev cənabları da iranın birinci Qarabağ döyüşlərində Azərbaycana hər tərəfli dəstək verməsini və hətta iranlı hərbiçilərin ermənilərə qarşı döyüşməsini müsbət qiymətləndirmişdi.
Azərbaycan dövlət rəsmilərinin İran İslam Respublikasının etdiyi yardim və mənəvi dəstəklərinə görə təşkkür etmələrinə baxmayaraq , İran-Azərbaycan münasibətlərini korlamaq istəyən bəzi təxribatçı qüvvələr İranın bu müharibədə Ermənistana dəstək verdiyini iddia etdilər.Lakin hər dəfə azərbaycan rəsmilərnin tutarlı və mökəm cavabları ilə üzləşdilər.
Iran İslam inqilqabının ali rəhbəri Ayətullah Seyid Əli Xaməneyi Azərbaycana dəstək bəyanatı verdikdə təxribatçı qüvvələr yenədə hərəkətə keçdilər və İran lideri niyə ilk gün dəstək vermədi deyə bu dəyərli bəyanata kölgə salmaq istədilər. Halbuki İranin ali rəhbəri 30 il bundan əvvəl qarabağ islam torpağıdır deyəndə, dezinformasiya yayan quruplarrın başcıları o zaman səslərini belə çıxara bilmirdilər.İranın ali rəhbəri , İran Prezidenti və başqa yüksək səviyyəli dövlət rəsmiləri və ümumiyyətlə İran dövləti və xalqı , azərbaycanı bu muharibədə təkcə mənəvi yox hər tərəflı şəkildə dəstəklədilər və Qarabağ münaqışəsinin həll edilməsində böyük rol oynadılar. Bu dəstəklər haqqında dövlət rəsmiləri öz vaxtında daha ətraflı məlumat verəcəklər.
Son illər ərzində İran İslam Respublikasının orta şərq ölkərində təsir edici rolu və bu ölkənin iştirakı olmadan region böhranlarının həll edilməsinin mümkün olmadığı bu gün hər bir ölkəyə və siyasi qüvvəyə artıq sübut olunmuşdur. İranın ali rəhbərinin söylədiyi hər bir cümlə , dünya ölkələri və beynalxalq ekspərtlərin diqqət mərkəzində olur və onun Qarabağ haqqında bəyanatı ,Azərbaycana qarşı qərb ölkələrinin apardığı çirkin plana son qoydu.
Azərbaycan xalqı, muharibə dövründə ,Azərbyacanın haqq işinə dəstək verən ölkləri unutmayacaq və bu məsələ azərbaycanın xarici siyasətindədə öz əksini tapacaq və dost və qardaş ölkələrlə münsibətlər günü gündən genişlənəcək.Azərbaycan daha çox İranla uzun sərhəddə malikdir və işğaldan azad olunan ərazilər İranla bütün sərhədlərin bərpasına imkan verdi. İranla iqtisadiyyat və ticarət sahəsində əlaqələr bundan sonra da genişləncək və Araz boyu ərazilərin işğaldan azad olunması və prezident Əliyev tərəfindən həmin sərhəddin dostluq sərhəddi adlandırılması ,dostluq və qadaşlığa əsaslanan münasibətlərin inkişafına zəmin yaradacaq.
Xudafərin körpüsü iki ölkə əlaqələrinin və dostluğunun simvoludur. Bundan sonra yeni dostluq körpülərinin salınması, əhalinin rahat gediş-gəlişi üçün yeni gömrüyün açılması ,işğaldan azad olunan rayonların bərpasında İranlı qardaşların iştirakı İranla azərbaycan əlaqələrinin möhkəmlənməsində böyük rol oynayacaq.
İranla, Azərbaycan dostluğu və qadaşlıqı əbədidir.