Təhsil Nazirliyi ilə Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Reabilitasiya Mərkəzi arasında bu gün içməli suyun alınması və daşınması ilə bağlı 19 min manat məbləğində müqavilə bağlanılıb.
Kotirovka sorğusunun qalibi "Qarant-Com” MMC olub.
Qeyd edək ki, "Qarant-Com” MMC 26.11.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Qafqaz, ev 1A–da yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədova Könül Malik qızıdır.
2 ay əvvəl yaradılan şirkətlə artıq 4 satınalma müqaviləsi bağlanılıb. Hər 4 müqavilə içməli su və çirkab suların daşınması ilə bağlı olub.
Maraqlıdır ki, qanuni təmsilçisi Könül Məmmədova və eyni ünvanda yaradılan bir-neçə şirkət ötən il yaradılıb. Hansı ki, bu şirkətlər qısa müddətdə mövcud qanunvericiliyin tələblərinə əməl olunmadan dövlət satınlamalarında qalib gəlməyə başlayıb.
Həmin şirkətləri bir daha xatırlatmaq istəyirik:
"Kip Servis” MMC (Bu ilin fevralın 8-də Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin keçirdiyi və məbləği 199 min 500 manat məbləğində olan tenderin qalibi olub).
Qarant-Com MMC (8№-li sanatoriya tipli internat məktəbinin keçirdiyi içməli suyun daşınması (36000 AZN) və çirkab suyun çıxarılması və daşınması işləri (28400 AZN), Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 №-li ümumi orta internat məktəbinin keçirdiyi və məbləği 7 min 290 manat olan kotirovka sorğusunun qalibi də Qarant-Com MMC olub) .
"Resta-Ltd” MMC: (2020-ci ilin dekabr ayında yaradılan şirkət hələlik satınalmalarda qalib elan olunmayıb). //Qaynarinfo.az//