Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən 11 saylı İnteqrasiya Təlimli İnternat Məktəbi ötən əsrimizin 60-cı illərindən fəaliyyətə başlayıb. Müxtəlif vaxtlarda adı dəyişdirilmiş internat məktəbdə sağlamlıq imkanları məhdud uşaqlarla yanaşı, aztəminatlı ailələrin övladları da təhsil alır.Burada şagirdlərin müxtəlif peşələrə yiyələnməsi və gələcək həyatlarında özlərini təmin etmələri üçün dövlət tərəfindən yüksək şərait yaradılmışdır.Bunlara baxmayaraq internat məktəbdə baş vermiş bir sıra neqativ hallara zaman-zaman dövrü mətbuatda və sosial şəbəkələrdə də rast gəlmək mümükündür. İnternat məktəbə artıq neçə illərdir ki,Gülnarə Abdullayeva rəhbərlik edir ki,məlumatlara görə buradan müxtəlif yollarla heç də az pul qazanmır. Qeyd edək ki, internat məktəb heç də balaca bir yer deyil. Ərazisi 3 hektardan artıq olan internatda 1200 dən çox şagird təhsil alır.Burada yeməkxana, yardımçı bina (camaşırxana, hamam, təsərrüfat otağı, anbar və s.) 3 mərtəbəli yataq korpusu var ki,hər şey dövlət tərəfindən təchiz edilir. Əlbəttə yeməklərdən tutmuş,paltarlara qədər.Uşaqlara gün ərzində verilən yemək barədə konkret heç bir şey söyləyə bilmərik. Yeməyin keyfiyyəti barədə də həmçinin. Amma burada uşaqlara gün ərzində bol su verildiyini onların özləri də təsdiq edə bilərlər.
Aktualinfo.org- əldə etdiyi məlumatlara görə 11 saylı İnteqrasiya Təlimli İnternat Məktəbi tərəfindən 30.03 2020-ci ildə”Dostluq Servis” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə içməli suyun satınalması üzrə 80000 manat dəyərində müqavilə bağlanıb.Tenderin son icra tarixi 30.12.2020-ci ilə qədər olduğundan,bunun intenat məktəbin bir illik içməli su ilə təmin olunması qənaətinə gəlmək olar.
Lakin göstərilən tarixdən 20 gün əvvəl,yəni 11.03.2020-ci ildə də 11 saylı İnteqrasiya Təlimli İnternat Məktəbi tərəfindən içməli suyun satınalması üzrə keçirdiyi başqa bir tender artıq başa düşülən deyil. Qeyd edək ki, həmin tenderi də “Dostluq Servis” MMC qazanıb və 20000 kubmetr içməli suyun satınalması üçün internat məktəblə 80000 manat dəyərində daha bir müqavilə bağlayıb. Məlimat üçün bildirək ki,Tarif Şurasının 13.05.2016-cı il tarixli qərarı ilə bir kub metr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik, digər inzibati ərazi vahidləri üzrə 30 qəpikdir.Təmiz,içməli suya gəlincə. Bu gün bir çox şirkətlər var ki, 19-20 litrlik polikarbonat qablarda qablaşdırılmış içməli suyu 3-3,50 manata satır, çatdırılma və xidmət haqqı almırlar. İnternat məktəbin isə 20000 kubmetr içməli suyun satınalması üçün 80000 manat dəyərində bağladığı müqviləyə görə suyun bir iltri məktəbə 4 manata başa gəldiyi görsənir.Təbii ki, biz iqtisadçı deyilik. Amma rəqəmlərə baxdıqda bunun dövlət vəsaitinin israf və yaxud da mənimsənilməsindən başqa bir şey olmadığını hər kəs görmüş olar. Həm də bir ay ərzində içməli suyun satınalmasına 160000 min manat dövlət vəsaitinin ayrılması bir az şübhələr yaratmırmı? Düzdür, bu vəsaitlərin il üçün nəzərdə tutulduğunu da iddia etmək olar. Amma bütün hallarda içməli suyun satınalması üçün bu qədər vəsait həddindən artıq çox deyilmi? Belə çıxır ki,internat məktəbdə uşaqlar ancaq su içir.Amma görəsən bu sudan o uşaqlara verilirmi? Bax burası çox maraqlıdır.
Qeyd edək ki, Vergilər Nazirliyinin Lokal Gəlirlər Baş İdarəsində 09.02.2016-ci ildə dövlət qeydiyyatına alınmış “Dostluq Servis” MMC-nin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu.Azadlıq prospekti ev 187 qanuni təmsilçisi isə Miriyev Famil Şamil oğludur.Nizamnamə kapitalı 200 manat olan MMC-nin içməli suyun satınalması ilə bağlı təhsil müəssisələrinin keçirdiyi bir çox tenderlərin qalibi olması barədə məlumatlar var.
Aktualinfo.org-un diqqətini cəlb edən başqa bir tender isə martın 31-də Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən keçirilib.Sözügedən tenderdə nazirlik Təhsil Nazirliyinin aparatı üçün AZS 282-2007 standartının tələblərinə uyğun 19 litrlik polikarbonat qablarda qablaşdırılmış içməli suların satınalması üzrə “Kristal LTD” MMC-ilə 13275 manat dəyərində müqavilə bağlayıb.Burada nazirliyin aldığı suyun həcmi göstərilməsə də ayrılmış vəsaitlə alıncaq suyu təxmin etmək olar. Lakin burada da qaranlıq məsələ var.
Belə ki, Vergilər Nazirliyinin Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “Kristal LTD” adında iki MMC qeydiyyatdan keçib. Onlardan biri Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 28.09.1998-ci ildə vergi uçotuna alınıb.Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, A.Bakıxanov ev 62 olan MMC-nin qanuni təmsilçisi Qüdrət İdayətov Tofiq oğludur. Apardığımız araşdırmalara görə bu MMC bir çox nazirlıklərin aparatını içməli su ilə təmin edir.
26.05.2003-cü ildə 12 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmış ikinci “Kristal LTD” MMC-nin hüquqi ünvanı Gəncə şəhəri Əli Nəzmi ev 7,qanuni təmsilçisi isə Yusifova Hürü Qəmbər qızıdır. Nizamnamə kapitalı cəmi 2 manat olan bu MMC-nin reyestrdən son çıxarış tarixi 2011-ci il olub.
Vergilər Nazirliyinin vergi uçotuna alınmış vergi ödəyicilərinin axtarış sistemi Təhsil Nazirliyinin qalib elan etdiyi “Kristal LTD”MMC (VÖEN 150004601) barəsində isə belə bir MMC-nin mövcud olmadığını göstərir.
Təhsil Nazirliyi ilə ona tabeli bir qurumun keçirdiyi tenderlərdəki fərqi burada görməmək mümkün deyil.Görəsən bu fərqi bir nazir kimi Ceyhun Bayramov da hiss edirmi? Əlbəttə Təhsil Nazirliyinin aparat işçilərinin sayı bizlərə bəlli olmasa da, onlar üçün alınmış içməli suyun dəyəri o qədər də çox deyil və inandırıcı görsənir.Amma nazirliyin tender komissiyasının Vergilər Nazirliyində qeydiyyatdan keçməmiş bir MMC ilə müqavilə bağlaması inandırıcı görsənmir. Burada mütləq bir əmma var.Bəs bir internat məktəb üçün 160000 min manat dəyərində içməli su almaq nə dərəcədə inandırıcıdır?Burada da əmma olduğu görsənmirmi?