Axtarış...

Hərbçilərin maaşı artırılsın! - “Ağır şərtlər altında faəlliyyət göstərirlər”

Hərbçilərin maaşı artırılsın! - “Ağır şərtlər altında faəlliyyət göstərirlər”
Bir neçə gündür, ön xətdə xidmət edən hərbçilərin maaşlarının bir qata endirilməsi ilə bağlı müzakirələr aparılır. Hadisə cəmiyyətdə kəskin etiraz doğurub. İnsanların böyük əksəriyyəti düşmənlə üz-üzə dayanan hərbçilərin maaşlarının azaldılmasını cinayət kimi qiymətləndirib. Baş verənlərlə bağlı Maliyyə Nazirliyindən bildirilib ki, Vətən müharibəsindən əvvəl Müdafiə Nazirliyi tərəfindən ikiqat pul təminatı təmas xəttində xidmət keçən hərbi qulluqçulara ödənilib:

“Vətən müharibəsi zamanı isə Qarabağ ərazisində, döyüş şəraitində olan, habelə bütün digər döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara ikiqat pul təminatı ödənilib. Ermənistanın kapitulyasiyasından sonra təmas xəttinin uzunluğu, coğrafiyası və digər məsələlərin kardinal şəkildə dəyişməsi səbəbindən Müdafiə Nazirliyinin Maliyyə Nazirliyi ilə birlikdə ikiqat pul təminatı ilə əhatə olunacaq hərbi qulluqçuların sayının dəqiqləşdirilməsi həyata keçirilir. Bununla əlaqədar Maliyyə Nazirliyi tərəfindən Müdafiə Nazirliyinə müvafiq sorğular edilib. Aparılan dəqiqləşdirmələr nəticəsində ikiqat pul təminatı alacaq hərbi qulluqçuların sayı müəyyənləşdirilərək qanunvericiliyə uyğun olaraq müvafiq maliyyələşmə ilə təmin olunacaq".

Hadisə ilə əlaqədar fikirlərini “Sherg.az”la bölüşən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, hərbçilərin maaşlarının artırılması üçün o qədər də böyük vəsaitə ehtiyac yoxdur:

“Rəsmi açıqlamada dedilər ki, artıq cəbhə xətti anlayışı yoxdur və əvvəlki şəraitdən fərqli bir məqam formalaşıb. İndi böyük bir sahədə, yəni 127 kilometr İran sərhəddindən tutmuş 400 kilometrə qədər Ermənistan sərhəddi artıq tam nəzarətimizdədir.

Daha çox sayda hərbçilərin orada yerləşməsinə ehtiyac yaranıb. Büdcədən ayrılmış vəsaitin ikiqat maaş ödənilməsinə çatmayacağı ilə bağlı ilkin açıqlama oldu. Amma bu durum hərbçilərin günahı deyil.

İlk olaraq Müdafiə Nazirliyi Maliyyə Nazirliyinə müraciət etməlidir. Parlament tərəfindən büdcədən əlavə vəsaitlərin ayrılması ilə bağlı çox asanlıqla əlavə və düzəlişlər edilə bilər.

Yaxud da Nazirlər Kabinetinin ehtiyat fondundan həmin vəsaitin ayrılması ilə bağlı qərar verilməlidir.

Əslində o qədər də böyük bir məbləğ lazım deyil, ayda təqribən 70 milyona yaxın vəsait edir. Belə bir qərarın verilməsi daha məntiqli olardı. Çünki hərbçilərimiz işğaldan azad edilən ərazilərdə çox ağır şərtlərdə fəaliyyət göstərir.

Hələ infrasturuktur qurulmayıb, şərait tam formalaşmayıb. Həmin insanlar Azərbaycanın sərhədlərini, ərazi bütövlüyümüzü qoruyurlar. Sərhəddin uzanması, təmas xəttinin genişləndirilməsi bizim uğurumuzdur.

Təmas xəttində fəaliyyət göstərən hərbçilərin saylarının artması ilə bağlı yeni bir şərait formalaşıbsa, Nazilər Kabineti maaş məsələsini bu şəraitdə uyğun olaraq həll etməlidir.

Fikrimcə, o qədər də böyük bir məbləğ deyil ki, ciddi narazılıqlar yaransın”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz