“Bir restoranda bütün masalar dolu ola bilər. Musiqiçilər, müğənni də səhnədə ola bilər. Amma, həmin restoran xüsusi bir səbəbdən, kiminsə ad günü, nişanı səbəbindən dolu ola bilməz. Restoran dolu olsun, amma qohumlardan, dostlardan ibarət olmasın. Məntiqsizliyinizdən utanırsınız heç?”
“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif sosial şəbəkədə yazıb. O, TƏBİB-in fəaliyyətini tənqid edərək məntiqsiz qərarlar verildiyini bildirib.
“İndi ağıllının biri gəlib israr edəcək ki, natəmiz avtobuslarda yad adamların az qala bir-birinin qucağında, az qala ağız-ağıza təması yolveriləndir, amma adamların əli, üzü təmiz, təraşlı, təzə donda, kostyumda məclislərdə görüşməsi yolverilməz…
Halbuki, koronavirus simptomuyla, qızdırmayla bu zamanda kimsə doğmasının məclisinə getməz, amma avtobusa minər...”,- deyə M. Arif yazdığı posta əlavə edib.