Axtarış...

"Koronavirusa yoluxan ailə evdə çürüməlidir?" narazılığına - Rəsmi REAKSİYA

Koronavirusa görə ailəvi təcrid olunan vətəndaşlar “MediaPost”a müraciət ünvanlayıb. Onlar bütün ailə karantinə alındığı, çölə çıxmalarına icazə verilmədiyi halda lazım olan dərmanların, ərzaq məhsullarının və s. hansı formada təmin edilə biləcəyini soruşublar.

"Bütün ailə karantinə alındığı, çölə çıxmağa icazəsi olmadığı halda həmin ailəyə iynə-dərmanı, ərzağı kim gətirməlidir? Ailə evdə çürüməlidir?" - şikayətdə qeyd edilib.

“MediaPost” şikayətlə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Elnarə Baxışla əlaqə saxlayıb. Qurum rəsmisi bildirib ki, TƏBİB-in işi ancaq müalicədir:

“TƏBİB hər hansı bir qərarı verən orqan deyil” - , deyə o söyləyib.

E.Baxış söyləyib ki, belə hallarda vətəndaşlar dostlardan və ya qohumlardan kömək istəyə bilər:

“Mən özüm də koronavirusa yoluxmuşdum. Şəxsi təcrübəmdən deyə bilərəm ki, dostlardan xahiş etmişəm, dərman və s. lazımlı şeyləri alıb gətirərək, qapıya qoyublar. Çətin dövrdür, hamımız bir-birimizi başa düşməliyik”.
Text-to-Speech

DİNLƏ






Şərh yaz