Axtarış...

"Qiymətlər Avropa qiymətidir, qazanc isə Azərbaycansayağı" - deputat

"Qiymətlər Avropa qiymətidir, qazanc isə Azərbaycansayağı" - deputat

"Ölkənin siyasətini başa düşmək üçün gərək dəli olasan, ağlını itirəsən. Ağılla düşünüb başa düşmək olmur. Benzinin qiyməti qalxdı, çünki dünyanın pulunu qazanan SOCAR dövlətdən dotasiya alır. AZAL dotasiya ilə yaşayır, amma milyardlarla dəyəri olan layihələr edir, yüz milyonlarla borc alır, xərcləyir. Milli Bank 450 milyona bir obyekt tikir, sadə işçilər də balaca əmək haqlarından fondlara pul köçürürlər".

Millitv.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev qiymət artımına münasibətində deyib.

"Suyun da qiyməti qalxdı. Xalq "bayram" edir. Yəqin gələn ay da qazın qiyməti qalxar. Arxasınca da elektrikin qiymətini qaldırın. Ya da elə ictimai-siyasi quruluşu dəyişib keçək ya quldarlıq, ya da feodalizmə. Məsələ birdəfəlik həll edilsin. Onsuz da sosial xidmətlər Avropa qiymətidir, əmək haqları, qazanc və güzəran isə Azərbaycansayağı.

Əlimizdən bir şey gəlmir, bir səsimiz var. Kimlərsə ölkəni xaosa sürükləmək istəyir. Çünki bu templə qiymət bahalaşmasına heç Almaniya getməz",- deyə deputat narazılığını bildirib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz