Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gəldiyi gündən etibarən prezident Donald Trampın, yaxud ABŞ dövlət administrasiyasında təmsil olunan hər hansı şəxsin qəbuluna düşməyə cəhd göstərir.
Bu barədə Ermənistanın “Qraparak” qəzeti yazıb.
Məlumata görə, ABŞ-da fəaliyyət göstərən erməni icmasının, erməni təşkilatlarının və partiyaların bu məsələnin baş tutması istiqamətində apardığı fəaliyyət nəticəsiz qalıb.
Qəzet yazır ki, bir müddət əvvəl Corc Sorosun təmsilçiləri N.Paşinyanın Birləşmiş Ştatların hazırkı prezidenti ilə görüşmək perspektivinin olmadığı barədə məlumat verərək, noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərini gözləməyi məsləhət biliblər.