Sosial şəbəkələrdə Masallı rayon Böyük Xocavar kənd Bələdiyyə sədrinin şəhid atasını təhqir etməsini göstərən video yayılıb.
Millitv.az “baku.tv” yə istinadən xəbər verir ki, videoda bələdiyyə sədrinin şəhid atasının xahişinə məhəl qoymaması, üstəlik onu təhqir etməsi açıq-aşkar əks olunub.
Belə həssas dönəmdə bir şəhid atasına qarşı yuxarıdan-aşağı münasibət, onu təhqir etmək əlbəttə ki, yolverilməzdir.
Bu hal sosial şəbəkə istifadəçiləri tərəfindən də hiddətlə qarşılanıb.