Axtarış...

İdarə: Uşağın təhqir edildiyi bağça müdirinə töhmət verilib

İdarə: Uşağın təhqir edildiyi bağça müdirinə töhmət verilib

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi bağçada müəllimin uşağı təhqir etməsini əks etdirən ilə sosial şəbəkələrdə yayılan video-görüntüyə münasibət bildirib.

İdarədən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Suraxanı rayonu, Zıx qəsəbəsindəki 331 nömrəli körpələr evi-uşaq bağçasında baş verənlər araşdırılıb və tədbir görülüb.

Bildirilib ki, müəllim Lalə Novruzova vəzifəsindən azad olunub, müdir Kəmalə Feyzullayevaya isə töhmət verilib.

Qeyd olunub ki, N.Novruzovanın ailəsində problemlər olub.

Xatırladaq ki, yayılan videoda müəllimin uşağı nalayiq sözlərlə təhqir etdiyi görünür.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz