Axtarış...

Zelenski Prezident ofisinin rəhbərini işdən çıxarıb, yerinə onu təyin etdi



Ukrayna Prezidenti Vladimir Zelenski ofisinin rəhbəri Andrey Boqdanı vəzifəsindən azad edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə "Ukrainskaya pravda” nəşri məlumat yayıb. Məlumata görə, Boqdan fevralın 10-da dövlət başçısı V.Zelenski ilə görüşdən sonra istefa ərizəsi yazıb. Elə həmin gün o, müavinlərini toplayaraq, istefa verdiyini və "İndi hər kəs özü üçün yaşayır", sözlərini deyib.

Bildirilir ki, V.Zelenski Boqdanın istefa ərizəsini qəbul edərək, təsdiqləyib və onun yerinə vəzifəyə Andrey Yermakovu təyin edib.

Qeyd edək ki, daha əvvəl Boqdanla Prezident köməkçisi Andrey Yermakov arasında qarşılıqlı düşmənçilik və rəqabət olduğu bildirilirdi.
Text-to-Speech

DİNLƏ






Şərh yaz