Xanım deputat bu vəzifəsindən istefa verdi - VİDEO
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
2006-cı ildən Sabunçu rayon 4 saylı Vərəm Əleyhinə Dispanserin baş həkimi Sədaqət Vəliyeva vəzifəsindən istefa verib.
“MediaPost”un əldə etdiyi məlumata görə, Sədaqət Vəliyeva müəmmalı səbəblərdən öz xahişi ilə tutduğu vəzifədən azad olunub.
Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Nelli Veyisovanın müvafiq əmri ilə bu vəzifəyə İlhamə Cabbarova təyin edilib.
Qeyd edək ki, 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının baş həkimi vəzifəsində işləmiş İlhamə Cabbarovanın yerinə isə İbadət Xubyarov təyin olunub.
Xatırladaq ki, Vəliyeva Sədaqət Süleyman qızı 2008-ci ildən Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatının sədri, 2010-cu, 2015-ci, 2020-ci illərdə keçirilən IV, V və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilər zamanı 25 saylı Nizami ikinci seçki dairəsindən Milli Məclisin deputatı seçilib.