Bakı. Hafiz Heydərov - APA. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin yeni rəisi Seyfulla Əzimov şəxsi heyətə təqdim olunub.
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
APA-nın məlumatına görə, S. Əzimovu şəxsi heyətə daxili işlər naziri, general-polkovnik Ramil Usubov təqdim edib. Nazir idarənin yeni rəisinə uğurlar arzulayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlərlə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov bu vəzifədən azad olunaraq Bakı Şəhər Baş Polis İdarəsinin rəisi təyin edilib. Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov isə Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.
Nazirliyin Quba Rayon Polis Şöbəsinin rəisi Seyfulla Əzimov Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi təyin olunub.