Axtarış...

“Zeytun”la bağlı şok iddialar: Şantaj, hədə... - İTTİHAM


Paytaxtdakı əczaçılar və aptek sahibləri “Zeytun” apteklər şəbəkəsini (Zeytun Pharmaceuticals) inhisarçılıqda ittiham edirlər.

Bu barədə Axar.az-a daxil olan şikayətlərdə bildirilir ki, “Zeytun” dərman deposu dərman bazarının tək inhisarçısına çevrilib.

Şikayətçi olan aptek sahibləri iddia edirlər ki, bu inhisarın nəticəsi olaraq, dərmanların qiymətləri əhalinin alıcılıq qabiliyyətini üstələyir. Bir çox hallarda isə “bu bazarda söz mənimdir” görüntüsü yaradaraq süni qiymət artımlarına gedirlər.

2015-ci ildə dərman bazarına sürətlə daxil olan “Zeytun”un bir il sonra ölkə üzrə 2500-ə yaxın aptekə sahib olduğu bildirilir.

Redaksiyamıza daxil olan məlumatda o da qeyd olunur ki, apteklərdə dərmanların vahid qiymətə satılması ilə bağlı Tarif Şurasının qərarı da əksər hallarda pozulur.

Şikayətçi bildirir ki, qonşu ölkələrdən daha ucuz qiymətə keyfiyyətli dərman və qeyri-dərman məhsulları gətirən şirkətlər, sahibkarlar var. Lakin apteklərin onlarla iş qurmasına imkan verilmir, süni əngəllər yaradılır:

“Onlar bir çox aptek sahiblərini özlərindən asılı vəziyyətə salıblar. Bir çox hallarda bizləri aldadaraq, aptekləri ələ keçiriblər. Öz təşəbbüsləri ilə apteklərin lisenziya pulunu ödəyiblər. Sonra isə apteklərin üzərinə “Zeytun” şirkətinin reklamını vurublar”.

Aptek sahiblərinin sözlərinə görə, onların şərtlərinə əməl edilməyəcəyi təqdirdə lisenziyalarını ləğv etməklə hədələyirlər:

“Bəzən də yoxlamalar göndərtdirəcəkləri, aptekləri bağlatdıracaqları ilə şantaj edirlər”.

Qeyd edək ki, bir qədər əvvəl “Zeytun” apteklər şəbəkəsinin karantin dönəmində qiymətləri kəskin bahalaşdırması, eyni zamanda karantin qaydalarını pozması ilə bağlı da xəbərlər yayılmışdı.
Text-to-Speech

DİNLƏ






Şərh yaz