Nikol Paşinyan qeyri-sabit daxili siyasi vəziyyətin uzun sürə bilməyəcəyini başa düşür. O, “Mənim addımım” fraksiyasından olan bir qrup deputatla görüşü zamanı etimad referendumunun keçirilməsi məsələsini müzakirə edib.
Azvision.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.
Məlumata görə, referendumda ictimai qarşıdurmanı aradan qaldırmaq üçün bir vasitə olaraq baş nazirə etimad məsələsi gündəmə gətiriləcək. Lakin Paşinyanın tərəfdarları referendumun uğursuz ola biləcəyindən ehtiyat edirlər. Bunun əvəzinə erkən parlament seçkilərinin ən qısa müddətdə keçirilməsi təklifini irəli sürüblər.
Nəşr yazır ki, ölkədə daxili siyasi gərginlik səngiməsə, seçkilərin bir neçə aya - yazda keçirilməsi mümkündür. Vəziyyət sabitləşərsə, seçkilər başqa tarixdə keçiriləcək.