Axtarış...

Bakıda mer seçkiləri keçiriləcək? - GƏLİŞMƏ

Bakıda mer seçkiləri keçiriləcək? - GƏLİŞMƏ

Azərbaycan Milli Məclisinin deputatları paytaxt Bakı şəhərində mer seçkilərinin keçirilməsi mövzusuna münasibət bildiriblər.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli “Report”a açıqlamasında deyib ki, Bakıda mer seçkilərinin keçirilməsi müsbət addım olar.

Onun sözlərinə görə, Azərbaycan müstəqil olduqdan sonra sonra Konstitusiya aktını qəbul edib, sənəddə demokratik prinsiplər əksini tapıb: “Bu seçkilərin keçirilməsi də demokratiyanın tərkib hissəsidir. Böyük şəhər bələdiyyələrinin yaradılması ilə bağlı, o cümlədən merin seçilməsi üçün seçkilərin keçirilməsi məsələsi Avropa Şurası qarşısında da bir öhdəlikdir. Bu məsələ ilə bağlı həm daxildə, həm də xaricdə müəyyən iradlar bildirilir”.

Deputat qeyd edib ki, hazırda da Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat olmaması mer seçkilərinin keçiriləcəyini istisna etmir: “Yəni, bu ehtimal var. Bunun üçün də qanunvericikdə dəyişiklik edilməlidir. Ümumiyyətlə, bu seçkinin keçirilməsi mümkündür. Seçkilərin keçirilməsi məsələsi ilə bağlı ölkə rəhbərliyində də müsbət fikirlər var. Bu cür addım atılarsa, ictimaiyyət də bunu müsbət qarşılayar”.

Bunun üçün də qanunvericikdə dəyişiklik edilməlidir. Ümumiyyətlə, bu seçkinin keçirilməsi mümkündür.

T.Kərimli vurğulayıb ki, bu seçkilər yalnız Bakıda deyil, digər böyük şəhərlərdə - Gəncədə və Sumqayıtda da keçirilməlidir.

Milli Məclisin deputatı Vahid Əhmədov da “Report”a açıqlamasında mer seçkilərinin keçirilməsinin müsbət addım kimi qiymətləndiriləcəyini qeyd edib: “Şəhər bələdiyyələrinin yaradılması ilə bağlı müzakirələr uzun müddətdir ki, aparılır. Əlbəttə, Bakı kimi böyük şəhərdə rəhbərlik seçki ilə seçilməlidir. Düşünürəm, mer seçkilərinin keçirilməsi məqsədəuyğundur. Bununla əlaqədar qanunvericiliyə müvafiq dəyişikliklər edilməlidir. Ölkədə Prezident, parlament, bələdiyyə seçkiləri keçirilib, amma mer seçkiləri keçirilməyib. Ona görə də qanunverici baza təkmilləşdirilməlidir”.

Bu, həm də hesabatlılığı, şəffaflığı təmin etmək üçündür. Azərbaycanın da böyük şəhərlərində - Bakıda, Gəncədə, Sumqayıtda mer seçkilərinin keçirilməsi müsbət addım kimi qiymətləndirilə bilər.

Deputat bildirib ki, bir sıra demokratik dövlətlərin böyük şəhərlərində mer təyin olunmur, seçkilər vasitəsilə seçilir: “Bu, həm də hesabatlılığı, şəffaflığı təmin etmək üçündür. Azərbaycanın da böyük şəhərlərində - Bakıda, Gəncədə, Sumqayıtda mer seçkilərinin keçirilməsi müsbət addım kimi qiymətləndirilə bilər”.

Xatırladaq ki, aprelin 21-də Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Hacıbala Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. H.Abutalıbov digər sərəncamla Baş nazirin müavini təyin edilib. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov vəzifəsindən azad olunaraq şəhər icra hakimiyyətinin başçısının müavini vəzifəyinə təyin edilib. O, həm də icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz