ABŞ Dövlət katibi Mayk Pompeo oktyabrın 23-də Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri Ceyhun Bayramov və Zöhrab Mnatsakanyanla görüşəcək.
Görüşün Vaşinqtonda keçiriləcəyi bildirilir. Verilən məlumata görə, Dövlət katibi nazirlərlə təkbətək görüşəcək.
Üçtərəfli görüş barədə heç bir məlumat yoxdur.
Pompeo əvvəlcə Azərbaycan XİN başçısını, daha sonra erməni nazirini qəbul edəcək.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan Pompeonun Mnatsakanyanla oktyabrın 23-də Vaşinqtonda görüşünü təsdiqləyib.