Prezident Administrasiyasında Ərizəmin Müəmmalı Taleyi
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Millitv.az redaksiyasına Masallı rayon Bədalan kəndindən maraqlı bir müraciət daxil olub.Müraciət edən vətəndaş Bədalan kəndində olan keçmiş çay fabrikinə məxsus evlərin Masallı Rayon İcra Hakimiyyətinin laqeydliyi nəticəsində nəzarətsiz qalması barədə 10 iyun 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ərizə ilə (ondan əvvəl elektron poçtla) müraciət etdiyini bildirir.
Vətəndaş bildirir ki, yazdığı ərizəyə qanunla müəyyən olunmuş müddətdə cavab almadığıma görərək yenidən Prezident İlham Əliyevin cənablarının elekton poçtuna təkrar muraciət edib.Cavabın gəlmədiyini görən şikayətçi Prezident Administrasiyasında məktubunun itməsi şübhəsi ilə sosial mediada çıxış etdiyinidə bildirir.
Məsələnin ictimailəşdiyini görən Prezident Administrasiyasında məktubun icrasına adı bizə məlum olmayan cavabdeh şəxs hərəkətə gəlmiş (Aydınlaşdırılması bir neçə saat bəs edən məsələnin üç ay uzadılması həmin şəxsin hüquqi məsuliyyətini yaradır) və təxminən üç aydan sonra (?!) Masallı RİH başçısının müavini Adəm Məhərrəmov problemin həllinə qanunsuz münasibətindən şikayət etdiyim icra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Abbas Mikayılovun mənə yazdığı 23.09.2019-cu il tarixli M-06-2137 məktubun üzünü köçürdüb təzədən ünvanıma göndərib. Prezident Administrasiyasında məktubun icrasına cavabdeh şəxs ərizəmdəki əsaslı tələblərimi bir kənara qoyaraq hansı maraqdansa Masallı RİH başçısının müavini Adəm Məhərrəmovun bu başdansovdu cavabı ilə razılaşıb. Beləliklə qanuni tələbim öz həllini tapmayıb. Necə deyərlər, bu da sənə cavab!
Dövlət başçısına etdiyim şikayət ərizəmin Prezident Administrasiyasında təxminən üç ay cavabsız qalması və bu kobud qanunsuzluq barədə mediada çıxışımdan sonra mənə şablon cavab verilməsi Prezident Administrasiyasında məktubun icrasına cavabdeh şəxsin Masallı Rayon İcra Hakimiyyətində hərəkətindən şikayət eydiyim vəzifəli şəxslə əlbir olması ehtimalını yaradır.
Mahiyyətini bir neçə saat ərzində müəyyənləşdirilməsi mümkün olan məsələnin aydınlaşdırılmasının heç bir əsas olmadan üç ay uzadılması bu qənaətə gəlməyə əsas verir.
Və əsası məktubda qeyd olunan qanuni tələblərin heç biri öz həllini tapmamışdır. Prezident Administrasiyasında məktubun icrasına cavabdeh şəxs də buna hansı maraqdansa göz yummuşdur.Bütün hallarda vətəndaş məktubunun Prezident Administrasiyasında üç ay yatması qanunsuzluqdur. Ən başlıcası isə cənab Prezidentin adı olan yerdə onun administrasiyasında belə neqativ hallar olmamalıdır.