Axtarış...

Beyləqanda görünməmiş məhkəmə qərarı – "Mənim olmayan uşağa görə niyə aliment ödəməliyem"

Beyləqanda görünməmiş məhkəmə qərarı – "Mənim olmayan uşağa görə niyə aliment ödəməliyem"

Bakunews.az-a 1979-cu il təvəllüdlü Beyləqan rayon, Mil qəsəbə sakini Əliyev Amil Maqsud oğlu tərəfindən ərizə daxil olub. Ərizədə qeyd edilir ki, Beyəqan rayon məhkəməsinin 2(020)-362/2012 saylı, 19 iyun 2012-ci il tarixli qətnaməsini bu günə kimi vətəndaş Amil Əliyevə təqdim edilməyib. Məsələnin əsas tərəfi isə Maşallah Şirvanov tərəfindən Məmmədova Samirə Bayram qızının aliment tələbinə dair müraciəti təmin edilmişdir. Belə ki, Amil Əliyev günahsız olduğunu və məhkəmə orqanında ona boş kağızlara imza ataraq evinə getməsini dediklərini qeyd edir. Beyləqan rayon məhkəmə əməkdaşları tərəfindən aldadıldığını barəsində inzibati həbs qərarı verilməsi isə bir neçə il sonraya təsadüf edib. A.Əliyev qeyd edir ki, həbs edildikdə isə hansı səbəblə həbs edildiyin xəbər aldıqda belə ona aliment qərarı barədə heçkəs heçnə deməyib. Orta təhsili belə olmayan, 10 gün həbsdə qalan vətəndaş A.Əliyev daha bir neçə ildən sonra yenidən həbs edilib. Bu səfər isə inadkarlıqla həbsinin səbəbini maralanıb. Və həmin zaman barəsində Beyləqan rayon məhkəməsi tərəfindən qanunsuz çıxarılan aliment tələbinin icrası ilə bağlı həbs edildiyini xəbər alıb. Həbsin müddəti bitdikdə sonra yuxarı instansiya sayılan Şirvan Apellyasiya məhkəməsinə şikayət etmək hüququndan istifadə etmək məqsədi ilə Beyləqan rayon məhkəməsinə üz tutan Amil Əliyev barəsində qəbul edilmiş qərarın surətini tələb edib. Amma etdiyi tələb səbəbsiz yerə bu günə qədər icra edilmir.

Vətəndaşın hüquqlarının məhz məhkəmə inzibati binasında pozulmasına yol açan səbəbin nə olduğu isə naməlum olaraq qalmaqdadır. Qanunla qətnamə vətəndaşa verildikdən müəyyən müddət çərçivəsində Apellyasiya şikayəti vermək hüququ olduğunu bilən məhkəmə səlahiyyətliləri qətnamənin verilməməsində hansı məqsədi daşımaqdadırlar...? Vətəndaş Amil Əliyev uşağın onun olmadığını amma alimentin ona ödətdirilməsini təmin edənlərə qarşı iddia ilə şikayət edəcəyində qeyd edir. "Mənim olmayan kiminsə uşağına görə mən niyə aliment ödəməliyəm" deyən Amil Əliyev hüququn ona verdiyi bütün imtiyazlardan istifadə edəcəyində vurğuladı.

Vətəndaşın redaksiyamıza verdiyi şikayət ərizəsində hüquqlarından məhrum edildiyini bildirdiyi üçün, Beyləqan rayon Məhkəməsinin sədri Ramiz Nurullayevə elektron qaydada müraciət ünvanladıq. Müraciətimizin cavabı gəldikdən sonra məsələnin görünməyən tərəflərini sizlərə təqdim edəcəyik.
Məsələ ilə bağlı Beyləqan rayon məhkəməsinin rəsmi portalda qeyd edilən nömrələrinə zəng etdik amma telefonlara cavab verilmədi.

Mövzu diqqətimizdədir.
Bakunews.az: Yazıda adı çəkilən şəxs və qurumların mövqeyini dinləməyə hazırıq.
Text-to-Speech

DİNLƏ






Şərh yaz