Hörmətli cənab Prezident. Biz Masallı rayonun İsgəndərli kəndi H.Aslanov küçəsində yaşayan sakinləriyik. Artiq neçənci dəfədir ki, yollarımızla bağlı müraciət edirik". DİA.AZ bildirir ki, bu sözlər Masalli rayonunun İsgəndərli kəndi, H.Aslanov küçəsinin sakinləri adından dövlət başçısına ünvanlanan müraciətdəndir.
Müraciətə daha sonra bildirilir: "Lakin bizim müraciətimizə məhəl qoyan yoxdur. Nə Masallı rayon İcra Hakimiyyəti nə də ki Masallı rayon bələdiyyəsi şikayətimizə baxmır. Yollarımız berbad vəzyyətdədir. Yerli məmurlardan heç kim gəlib maraqlanmır. Masallı rayonunun İsgəndərli kəndi H.Aslanov küçəsinin sakinlərini heç kim insan yerinə qoymur. Bu il bütun kəndlərə asfalt çəkilib, bizim küçələr bərbad vəzyyətdədir.
H.Aslanov küçəsi bazara uzaq olduğundan yerli əhalinin gedib-gəlməsi mümkün deyil. Masallı rayon bələdiyyəsinin sədri Azər Bağışov H.Aslanov küçəsində çayın yuxarı hissəsində əhalinin örüş yerini satmaqla məsğuldur. Bir dəfə də olsun, rayon rəhbərliyi gəlib H.Aslanov küçəsi ilə maraqlanmayib, məktəbə, bazara, dukana gedib-gəlmək qiş aylarinda çətindir. Odur ki, növbəti dəfə cənab Prezdentden bizim Masallı rayonunun Isgəndərli kəndi H.Aslanov küçəsinin yollarının təmir olunmasına köməklik etməsini xahiş edirik..."