Axtarış...

Gəncə təhsilində nələr baş verir? - İDDİA



Hal-hazırda ölkəmizdə koronovirus (COVİD-19) pandemiyasına və bu qorxunc bəladan daha təhlükəli olan erməni faşizminə qarşı ciddi mübarizə tədbirlərinin aparılması səbəbindən, təhsil ocaqları müəyyən dövr üçün fəaliyyətlərini dayandırsalar da, nədənsə Gəncə şəhərindəki Mircəlal Paşayev adına 39 saylı tam orta məktəbdə yaşananlar yenə də dillər əzbərinə çevrilməkdədir.

Tam əksəriyyətin iddiasına görə, cənab Nizami Rzayevin rəhbərlik etdiyi bu təhsil müəssisəsində yaşananların daha çox müzakirə olunmasına əsas səbəb, məhz adı çəkilən bu şəxsin indiyə kimi çoxsaylı qanunsuzluq əməllərinə qol qoyması olub. Məsələn, bəzi iddialarda vurğulanır ki, Rzayev soyadını daşıyan bu şəxs doqquz ilə yaxındır ki, Mircəlal Paşayev adına 39 saylı tam orta məktəbə rəhbərlik edir və o, ötən illər ərzində topla(ma)dığı iş təcrübəsini təhsilimizin inkişaf etdirilməsinə, problemlərinin aradan qaldırılmasına deyil, daha çox şəxsi maraqlarının təmin olunmasına yönəldir. Belə ki, əldə etdiymiz səhih məlumatlara görə bu şəxs daşıdığı vəzifəsindən daim sui-istifadə edir və doğma qardaşını, qardaşının həyat yoldaşını rəhbərlik etdiyi məktəbin texniki işçi ştatında işlə təmin edir. Elə ki, bu şəxsin qol qoyduğu əməllər medianın gündəmini zəbt edir, o halda Nizami Rzayev atdığı addımların hansı “bəlalar gətirəcəyini” öncədən hiss edir və hər iki şəxsi bir neçə gün bundan öncə daşıdıqları vəzifələrindən azad edir. Deməli, daim özünü “demokrat cildi”ndə təbliğ etdirən, atdığı addımların ümumilli maraqlarımızın təmin olunmasına yönəldiyini iddia edən bu şəxs, illər uzunu öz doğmalarının heç bir halda işə gəlib-getmədən büdcə vəsaitlərini mənimsəmələrinə şərait yaradır. Hələ bu azmış kimi, təqribən on nəfərə yaxın şəxsin adı məktəbin ştat cədvəlində xadimə olaraq rəsmiləşdirilsə də, Nizami Rzayev ötən illər ərzində həmin şəxslərdən üç nəfərinin işə gəlməmələrinə də şərait yaradır. Bu da onu söyləməyə əsas verir ki, Mircəlal Paşayev adına 39 saylı tam orta məktəbin direktoru başı üzərində dolaşan “qara kabus”un varlığını hiss etdikcə, artıq həmin üç nəfərin də işə çıxmalarını məcbur etmək zorunda qalır.

Bəzi iddialarda o da vurğulanır ki, doqquz ilə yaxın müddət ərzində Mircəlal Paşayev adına 39 saylı tam orta məktəbə rəhbərlik edən Nizami Rzayev, illər uzunudur ki, fərqli idarəçilik qaydaları tətbiq etməklə xüsusi ad-san da çıxara bilib. Yəni, bu şəxs onun qanunsuz əməllərinə qarşı “haqq səsi”ni ucaldan hər kəsi o həddə qədər yorub-bezdirir ki, son anda həmin şəxs ya işindən uzaqlaşır, ya da ki, dünyasını dəyişməli olur. Söylənilənlərə görə, rəhbərliyin iyrənc addımlarının qarşılığında dünyasını dəyişənlərdən biri də, məhz ibtidai sinif müəlliməsi, mərhumə Ziyafət müəllimə olur. Deyəsən bu gün də Nizami Rzayev oxşar addımlarını atır və atdığı addımlardan da xüsusi zövq alır. Belə ki, GundemXeber.Az-ın əldə etdiyi başqa bir məlumatlara görə, bu şəxs tələb olunan rüşvəti verə bilməyən digər müəlliməyə qarşı da, hal-hazırda oxşar addımlarını atmaqdadır. Yəni eşitdiyimiz şifahi məlumatlara görə, hələlik adının hallanmasını istəmədiyimiz bir müəllimə ilə bağlı o, DİN-nin 102 xidmətinə şikayət edir və Nizami Rzayevin etdiyi şikayətlə bağlı Gəncə şəhər Polis İdarəsi, Kəpəz rayon Polis Şöbəsinin əməkdaşları həmin müəllimədən yazılı izahat yazıb verməsini tələb edirlər. Düşündürücü hal odur ki, bu gün şanlı Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad edir və düşmən üzərində parlaq qələbəyə hazırlaşır, Mircəlal Paşayev adına 39 saylı tam orta məktəbin direktoru isə, ona rüşvət verməyi bacarmayan müəlliməyə hüquqi müstəvidə qalib gəlmək niyyətinə düşür. Əslində adı çəkilən bu təhsil ocağında yaşananlar, hal-hazırda Azərbaycan təhsilinin “üzqarası” hesab olunsa da, nədənsə Gəncə şəhər Təhsil idarəsinə rəhbərlik edən Anar Qədimalıyev hələ də susmağa üstünlük verir və heç bir halda məsələlərə münasibət bildirmir. Belə bir yanaşmanın varlığı hələ də bizi çaşbaş qoymaqdadır. Düşünürük ki, Anar Qədimalıyev sussa da, Azərbaycan Respublikasının təhsil naziri cənab Emin Əmrullayev bu kimi halların varlığına heç bir halda susmayacaq və Nizami Rzayevin əməllərinin araşdırılması yöndə aidiyyatı üzrə lazımi tapşırığını da verəcək. Yəqin ki, o halda “sular durulacaq” və əsl həqiqətlər hər kəsə bəlli olacaq.

Məsələnin daha düşündürücü tərəfi ondan ibarətdir ki, bu gün də cənab İlham Əliyev tərəfindən ölkəmizdə korrupsiyaya, rüşvətxorluğa, hər cür qanunsuzluqlara qarşı ciddi mübarizə tədbirləri aparılsa da, Mircəlal Paşayev adına 39 saylı tam orta məktəbdə isə fərqli ab-hava yaşanır. Yəni, bu təhsil müəssisəsinin rüşvətxorluq yuvasına çevrilməsi haqda böyük çevrədə söz-söhbətlər dolaşır. Bu da onu söyləməyə əsas verir ki, Nizami Rzayevin rəhbərlik etdiyi bu təhsil müəssisəsində ölkə rəhbərinin çağırışına əməl olunmur və idarəçilik rəhbərliyin müəyyən etdiyi qaydalar əsasında həyata keçirilir. O halda ortaya belə bir sual çıxır ki, görəsən cənab Prezidentin çağırışı və bu çağırışdan irəli gələn tələblər 39 saylı tam orta məktəbin rəhbərinə aiddiyyatı yxdurmu? Yoxsa, bu məktəbin direktoru xüsusi səlahiyyətə, xüsusi imtiyaza sahib olan şəxsdir ki, bu gün belə bir addımlarını atır?

Digər tərəfdən onu da qeyd edək ki, bugünkü gün də tarixi bir zamandır və indiki vaxtda hər kəs həyatda müəyyən yöndə bir iz buraxır. Bəli, qəhrəman ordumuz işğalçı düşmən qüvvələrini məhv edir və müasir tariximizdə qəhrəmanlıq səlnamələri yaradırlar. Yəqin ki, Gəncə şəhərindəki Mircəlal Paşayev adına 39 saylı tam orta məktəbin direktoru Nizami Rzayevin adı isə, müasir tariximizə “intriqalar müəllifi”, yaxud da “rüşvətxor direktor” adı ilə həkk olunacaq. Əslində bu dözülməz biabırçılıq və Azərbaycan təhsilinin “üzqarası” hesab olunmalıdır. İnanırıq ki, çox yaxın vaxtlarda təhsil naziri cənab Emin Əmrullayev belə bir ləkəni Azərbaycan təhsilindən təmizləmək üçün lazımi addımını atıb müvafiq qərarını açıqlayacaq.

P.S.Hörmətli oxucular! Bu yöndə araşdırmalarımızı davam etdirəcəyik. Odur ki, bizi izləməyi unutmayın.
GundemXeber.Az
Text-to-Speech

DİNLƏ






Şərh yaz