Axtarış...

Lavrov və Çavuşoğlu Qarabağdakı mövcud vəziyyəti müzakirə edib



Rusiya Xarici İşlər naziri Sergey Lavrov və onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu başqa ölkələrdən olan silahlıların Dağlıq Qarabağdakı münaqişəyə qarışmasının yolverilməz olduğunu vurğulayıblar.

TASS Rusiya XİN-ə istinadən xəbər verir ki, bu məsələ iki nazirin telefon danışığında müzakirə olunub.

Nazirlər həmçinin Dağlıq Qarabağ ətrafındakı vəziyyətdən ciddi narahatlıqlarını ifadə edib və hərbi əməliyyatların dayandırılmasının vacibliyini vurğulayıblar.

Hər iki diplomat Bakı və İrəvana siyasi və diplomatik yardımın göstərilməsi baxımından son dərəcə balanslı addımların atılması tələbini qeyd ediblər.

S. Lavrov Türkiyənin xarici işlər naziri ilə söhbətində, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağla bağlı səylərinə diqqət çəkib.

XİN başçıları Qarabağdakı vəziyyətin sabitləşməsi üçün iki ölkənin öz hərəkətlərini birgə koordinasiya etməli olduğunun vacibliyi qeyd ediblər.
Text-to-Speech

DİNLƏ






Şərh yaz