Axtarış...

Yasamal rayon icra hakimiyyətinin qarşısında vətəndaşların kütləvi etirazı - İcra hakimiyyətinin özbaşnalığı


Bu gün Yasamal rayon icra hakimiyyətinin qarşısında Yasamal rayonunun keçmiş Sovetski ərazisində dövlət ehtiyacları üçün evləri sökülmüş sakinlər etiraz etdilər.

Etiraz edən şikayətçilər bir neçə il bundan əvvəl keçmiş Sovetski ərazisində sökülmüş evlərinin əvəzində onlara ödənilən kompensasiyanın hissə - hissə verilməsi onların özlərinə yaşayış evi ala bilməməsinə səbəb olduğunu bildirdilər.

Vəfa adlı şikayətçi çəkiliş zamanı onların evlərinin 2020 - ci ilin yanvar ayında məhkəmə qətnaməsi icraya yönəlməmiş və icra məmuru icraata başlama haqqında qərar verməmiş Yasamal rayon icra hakimiyətinin 17 yanvar 2020 - ci il tarixində vətənadaşın evi böşaldılmadan sökdüyünü bildirdi və bu barədə bizə video material da təqdim etdi.

Hal bu ki, Vəfa adlı şikayətçinin bizə təqdim etdiyi məhkəmə qərarında, qərar evin boşaldılması barədə olsa da Yasamal rayon icra hakimiyyəti özbaşınalıq edərək vətəndaşın yaşamaq üçün olan yeganə evini ağır texnika ilə sökərək yerlə yeksan etmişdir.


Hörmətli izləyicilər 17 vanvar 2020 - ci il tarixində vətənadaşın yaşamaq üçün yeganə evini ağır texnika ilə sökərək yerlə yeksan olunması barədə araşdırmalarımız davam edəcək.

Yasamal rayon icra hakimiyyətinin qarşısında etiraz edən şikayətçilərdən bir neçə nəfər nümayəndə rayon icra hakimiyətinə dəvət edilərək onlarla edilən söhbətdən sonra şikayətçilərə görüşdən çıxan seçilmiş nümayəndə " hələ yazışmalar getdiyini " bildirməklə açıqlama verdi.

İcra hakimiyyəti ilə danışıqlar aparan nümayəndəyə ,Aparılan danışıqlarda icra hakimiyyəti ilə yekun bir qərar və razılaşma əldə olunması barədə sualımıza cavabda, Nümayəndə hələ ki, belə bir qərarın əldə olunması barədə razılığa gələ bilmədiyini qeyd etdi.

Yasamal rayon İcra hakimiyyətinin qarşısındakı etiraz - VİDEO




Millitv.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz