Axtarış...

Təzə başçıya Yasamal sakinlərindən çağırış: Hünəri varsa... - İTTİHAM



\
Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Yasamal rayon İcra Hakimiyyətinin başçısı təyin edildikdən sonra Elşad Həsənovun noyabrın 14-də sakinlərlə ilk səyyar qəbul-görüşü rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ərazisində 150 saylı tam orta məktəbin akt zalında keçirildi. Səyyar qəbul-görüşdə rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri və 400 nəfərədək rayon sakini iştirak ediblər.

Bu barədə KİV-də yayılan informasiyada qeyd olunur ki, E.Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yeni təyin olunmuş İcra Hakimiyyhəti başçılarını qəbul edərkən verdiyi tapşırıq və tövsiyələrin tam həcmdə və yüksək keyfiyyətlə icra olunacağını, Yasamal rayonunda abadlıq-quruculuq, yenidənqurma işlərinin və əsaslı sosial infrastruktur layihələrin icrasının bundan sonra da davam etdiriləciyini bildirib. Qəbul-görüşdə iştirak edən sakinlər onları narahat edən suallarla bağlı Yasamal rayon İcra Hakimiyyətinin başçısına müraciətlər ediblər. Yasamal rayon İcra Hakimiyyətinin başçısı xeyli müddət əvvəl yaranan və indiyədək aradan qaldırılmadığına görə mövcud olan problemlərin vaxtında və tam şəkildə həlli üçün Yasamal rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara hər bir köməklilklərin göstəriləcəyini bildirərək sakinləri narahat edən cari problemlərin müsbət həllini təmin etmək məqsədi ilə xidmət sahələrinin rəhbərlərinə yerində müvafiq tapşırıqlarını verib.

İcra hakimiyyətləri başçılarının səyyar görüşlər təşkil etmək üçün yer seçimini hansı üsulla etdiklərini bilmirik. Təklif edərdik ki, E.Həsənov sakinlərlə növbəti görüşünü Şərifzadə küçəsi 498X ünvanda, «İnşaatçılar» metro-stansiyasının axınlığındakı 5 mərtəbəli binada, yaxud, həmin binanın həndəvərindəki sosisal obyektlərdən birində keçirsin. Axır ki, həmin ünvanda sürətlə aparılan qanunsuz tikilini görsün. Təsəvvür edin, binanın 1-ci mərtəbəsindəki mənzillərdən birinin (bəlkə də yanaşı olan bir neçəsinin) sahibi mənzilin və altdakı zirzəminin qarşısını binanın uzunluğu boyunca o baş — bu baş zəbt edərək «çuvalda gizlədilməsi mümkün olmayacaq dərəcədə» böyük qeyri-yaşayış təyinatlı obyekt inşa edir. Başa çatdırılacağı təqdirdə hansı məqsədlə istifadə ediləcəyini indidən demək olmaz. İnşaat işinin qorxu-hürkü bilinmədən aparılması belə düşünməyə əsas verir ki, tikintini aparan şəxs sanki indiyədək sabiq başçı Əzizovdan çəkinirmiş, yalnız indi E.Həsənov raon rəhbərliyinə gələndən sonra ondan «beli bağlanıb» deyə hərəkətə keçib.

Adətən hər hansı şəhərə, rayona yeni icra başçısı təyin olunanda həmin ərazidə qanunsuzluqlar bir müddət səngiyir və qanunsuz hərəkət etməyə hazırlaşan şəxslər öz planlarını bir müddət, yəni, təzə başçı ilə «dil tapana qədər» təxirə salırlar. Bu müddətin nə vaxta kimi uzanması başçıdan asılı olur. Təxmin olunurdu ki, E.Həsənovun öz sələflərindən fərqli olaraq, mövcud və yeni yarana biləcək neqativ hallarla «barışması» yaxın müddətdə baş verməyəcək, başqa sözlə, onun haqqında «ağzı var — demək, yeməyə gəlib» sözlərinin deyilməsinə hələ çox var. Amma… //deryaz.az//

Text-to-Speech

DİNLƏ






Şərh yaz