25 avqust 2020-ci il tarixdə redaksiyamızın qaynarxətt nömrəsinə daxil olmuş zəng əsasında əməkdaşlarımızla birlikdə hadisə yerinə getdik. Şikayətçi İbrahimova Nina Nazim qızıının sökülmüş evinin qarşısında çox saylı insanları (qonşuları) və Təcili Təxirə salınmaz Tibbi Yardımın xidməti avtomobilini gördük. Həmin vaxt ilk öncə müsahibə verən qonşuların hadisə zamanı gördüklərini, yəni həqiqətən də qonşuları Nina xanımın Binəqədi Rayon İcra Hakimiyyətinin və Binəqədi RPİ-nin polis əməkdaşları tərəfindən fiziki-zor tətbiqinə məruz qaldıqlarını bildirdilər. Təcili Təxirə Salınmaz Tibbi Yardım işçiləri tərəfindən ilkin tibbi yardım alan Nina İbrahimova tibbi yardım alaraq səhhətindəki vəziyyət yüngülləşdikdən sonra 20 ildir ki, Binəqədi Rayon İcra Hakimiyyəti və Bələdiyyəsi tərəfindən haksızlığa məruz qaldığını bildirdi. Əlavə olaraq da Nina İbrahimova Binəqədi Rayon İcra Hakimiyyəti başçısının indiki müavini Vüsal müəllimdən şikayət edərək bildirdi ki, xeyli miqdarda Vüsal müəllim ondan pul alaraq evin tikilməsinə icazə verdiyini bildirdi.
Nina İbrahimova əvvəllər Binəqədi bələdiyyəsi tərəfindən incidildiyini ailə dostu olan Azərbaycan Televiziyasının əməkdaşı Azər Məmmədova demiş, Azər Məmmədov da Vüsal müəllimi öz dostu kimi təqdim etmiş, və onunla birlikdə aparıb İcra Hakimiyyətinin inzibati binasında Vüsal müəllimin iş otağında pulu verdiyini bildirmişdir. Daha ətraflı video materialda. Onu da qeyd edək ki, hadisə yerindən qayıdarkən barəsində ittiham irəli sürülən Vüsal müəllimlə telefon əlaqəsi yaratdıq, ona qısa məlumat verərək Nina İbrahimovanın onun barəsində qeyd etdiyi ittiham barədə məlumat verdik, Vüsal müəllim isə deyilənlərin hər birinin cəfəngah olduğunu, şər-böhtan xarakterli olduğunu bildirdi. Hətta Vüsal müəllim onu da qeyd etdi ki, O, Nina İbrahimovanı tanımır. Hazırda Nina İbrahimovanın müraciətinə əsasən şikayətlə bağlı tam, obyektiv və hərtərəfli araşdırma aparılması üçün tərəfimizdən ölkə başçısı cənab İlham Əliyev və I-ci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyeva olmaqla, bütün Hüquq Mühafizə orqanlarına məlumat məktubu hazırlanır.