Axtarış...

Oğlu əlil olan ana ƏDALƏT AXTARIŞINDA – II HİSSƏ



Əsir bacısı Almaz Hüseynli: “Dövlət tərəfindən aparılan hüquqi islahatlar vətəndaşların hüquqlarının müdafiəsinə yönəlməlidir”

“Oğlum MTK-nın təqsiri ucbatından sağlamlığını itirdiyi, ömrünün sonuna qədər əlil qaldığı üçün stress, mənəvi sarsıntı keçirmişəm və mənə mənəvi zərər dəyib…”

“Necə olur, poçt işləyir, bank işləyir, ticarət mərkəzləri, kafe restoran və sairə işləyir, ancaq məhkəmə orqanları vətəndaşları qəbul edə bilməz. Məhkəmə sədrləri göydən zənbillə düşüb, onları xüsusi qoruyurlar?”

Əsir bacısı, 1-ci qrup əlil anası Hüseynli Almaz Fəruz qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu göndərilib. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova, eləcə də digət aidiyyəti qurumların rəhbərlərinə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

(Əvvəli bu linkdə: https://hurriyyet.org/xeber/oglu-%c9%99lil-olan-ana-%c9%99dal%c9%99t-axtarisinda/)

“Cənab Fikrət Məmmədov!

Bu günə kimi əksər hakimlər, mənim prosessual hüquqlarımı pozduqlarına baxmayaraq, heç bir intizam məsuliyyətinə cəlb edilməmişlər. Bunun nəticəsidir ki, bu gün Apellyasiya Məhkəməsi, xüsusilə İmran Nağıyev, hakim Şeyda Məhərrəmova mənim prosessual hüquqlarımı pozmaqda davam edir. Dəfələrlə sizlərə mütaciət etməyimə baxmayaraq, bunun qarşısı alınmamışdır. 16 mart 2020-ci il tarixdə hazırlıq iclasında hakim Şeyda Məhərrəmovadan imtina haqqında vəsatət də təqdim etdim. Vəsatət təmin edilmədi.

Nəzərinizə çatdırıram ki, hakim Şeyda Məhərrəmova yenə cavabdeh şirkətin maraqlarından əl çəkmir. Dəfələrlə poçt vasitəsi ilə İmran Nağıyevə, hakim Şeyda Məhərrəmovaya iş materialları ilə və 16.03.2020-ci il tarixli məhkəmə iclası protokolu ilə tanış olmaq üçün məktub göndərsəm də(eyni zamanda məhkəməyə zəng etsəm də), mənim iş materialları, məhkəmə iclası protokolu ilə tanış olmağımdan imtina edir(Yəqin iş materiallarında fırıldaq sənəd var, eyni zamanda protokolda fırıldaqlıq var). Bildirilir ki, karantin bitməyib deyə, vətəndaş iş materialı və məhkəmə iclası protokolu ilə tanış ola bilməz, yalnız vəkil tanış ola bilər(“çox gülünc və məntiqsiz” eyni zamanda iyrənc), daha sonra bildirirlər ki, Ramiz Rzayev vətəndaşların qəbulu haqqında qərar verməyib(Bir sözlə, bu barədə bir çox bəhanələr gətirdilər).

Cənab Fikrət Məmmədov!

Əvvəla, Ramiz Rzayev hansı qanunvericiliyə əsasən vətəndaşların qəbulunu dayandırıb? Necə olur, poçt işləyir, bank işləyir, ticarət mərkəzləri, kafe restoran və sairə işləyir (vətəndaşları qəbul edə bilir), ancaq məhkəmə orqanları vətəndaşları qəbul edə bilməz. Məhkəmə sədrləri və sairə göydən zənbillə düşüb, onları xüsusi qoruyurlar? Kimdən artıqdırlar? (Çox mətiqsizdir: məhkəmələrdə işə baxılır, lakin qəbula icazə verilmir).

İkincisi, iş materialları və protokolla tanış olmaq, qəbula düşmək demək deyil. Nə üçün Apellyasiya məhkəməsi karantin dövründən sui-istifadə edərək, özbaşınalıq edir?

Cənab Prezident!

Zamanında İman Nağıyevin, hakim Şeyda Məhərrəmovanın özbaşınalıqlarının qarşısı alınsaydı, bu gün cavabdehin maraqlarından və mənə qarşı qərəzli mövqelərindən əl çəkərdilər(Qeyd edim ki, mən ikinci dəfə hakimə etiraz haqda vəsatət təqdim edəcəm).

Cənab Fikrət Məmmədov!

Mən dəfələrlə Apellyasiya Məhkəməsi, Ədliyyə Nazirliyinin Təşkilat Nəzarət Baş İdarəsi, məhkəmə hüquq şurası haqqında müraciət, şikayət ərizəsi ünvanlasam da İman Nağıyevin, hakim Şeyda Məhərrəmovanın maraqlarının qarşısı alınmamışdır.

Bir daha bildiriəm ki, mən iddiamda haqqlıyam. Mənim “xəstəyə qulluq etmə haqqı, ödənilməyən xəstəyə qulluq etmə haqqı, mənəvi ziyan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108 maddəsi. Əmək məcəlləsinin 195 “C” bəndinə əsasən, AR Konstitusiyasının 12;24:26;68 maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında “ Avropa Konvensiyasının 41.34-cü maddəsinə əsasən, AR MPM-nin 9.1;14.2;77.1;42;384.02;381.1;390;372.2 maddələri, mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tədbiqi təcrübəsi haqqında” AR Ali məhkəməsinin Pleniumunu 03.11.2008-ci il tarixli, 7 saylı qərarının 1;2;3;4;9;10;13;15 bəndlərinə əsasən tam təmin edilməlidir.

AR Mülki məcəlləsinin 1108-ci maddəsinin tələbinə əsasən yüksək təhlükə yaradan fəaliyyətdə törədilmiş zərərə görə məsuliyyət yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ və digər qanuni əsasla sahiblik edən şəxsin öhdəsinə qoyulur.

“İnsan hüquqlarının və əsas Azadlıqlarının müdafiəsi haqqında konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə mülki qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Və sair(Ətraflı Apellyasiya şikayətimdə qeyd etmişəm).

Yuxarıdakıları nəzərinizə çatdıraraq, sizdən bir dah xahiş edirəm!

Müraciətdə göstərdiyim halları araşdıraraq, İman Nağıyev, hakim Şeyda Məhərrəmova barədə müvafiq tədbirlər görməklə, mənim hüquqlarımı müdafiə edəsiniz. Mənim maddi və mənəvi ziyanın tam təmin olunmasına çox böyük ehtiyacım var. Oğlumun hazırda müalicələrə ehtiyacı var. Xəstəyə qulluq haqqı ödənilmədiyindən maddi vəziyyətim aşağı düşüb, eyni zamanda oğlum daimi bərpa müalicələrindən kənarda qalmışdır. Daha sonra, yaşayış üçün yararlı olmayan aldığım mənzili, söküb-tikib yararlı hala salmalıyam(Bunu mən mənəvi təzminatla edəcəm, mənə külli miqdarda vəsait lazımdır).

Hazırladı: İ.SABİRQIZI
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz