Axtarış...

Rusiya XİN Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsinə münasibət bildirib


MilliTV.az

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın Livandan ermənilərin Azərbaycanın işğal altındakı ərazilərinə köçürülməsinə münasibət bildirib.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə APA-nın Moskva müxbirinin sualına cavab olaraq bildirib ki, Rusiya Dağlıq Qarabağın de-fakto rəhbərliyinin Livanı tərk edən ermənilərin nəzarət etdikləri ərazilərdə yerləşdirilməsi niyyətindən xəbərdardır.

“Biz iki livanlı ailənin Dağlıq Qarabağa köçmək niyyətində olması ilə bağlı xəbərləri oxumuşuq. Livandan olan qaçqınların Dağlıq Qarabağa və ətraf rayonlara real axın etməsi ilə bağlı məlumatlara malik deyilik”, - deyə o vurğulayıb.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz