Axtarış...

Rusiya Yaponiyaya nota verib

Rusiya Yaponiyaya nota verib

“Rusiya G20 sammiti materiallarında Kuril adalarını öz ərazisi kimi göstərən Yaponiyaya etiraz notası verib”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib.

Rusiya XİN sözçüsü məlum məsələ ilə bağlı ölkəsinin Yaponiyaya etiraz notası göndərdiyini söyləyib.

Qeyd edək ki, Osaka şəhərində keçirilən G20 sammitinin materiallarında Kuril adaları Yaponiyanın ərazisi kimi göstərilib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz