Axtarış...

AŞ PA-nın iclasında Livan ermənilərinin işğal edilmiş Azərbaycan ərazilərinə köçürülməsi məsələsi qaldırılıb


MilliTV.az

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyev Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin 7 sentyabr görüşündə Livan ermənilərinin Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz köçürülməsi məsələsini qaldırıb.

İcmadan XeberOxu.Az-a verilən məlumata görə, Beyrutda baş vermiş partlayışdan sonra yaranmış humanitar böhran səbəbindən dünya ictimaiyyətinin Livana dəstəyi fonunda Ermənistan siyasi rəhbərliyinin həlak olmuş insanların acıları üzərində siyasi oyun quraraq öz işğal siyasətini daha da möhkəmlətməyə çalışması AŞ PA nümayəndə heyətlərinin diqqətinə çatdırılıb.

İclasda Ermənistan nümayəndə heyətindən də millət vəkili olmasına və moderator tərəfindən Ermənistana cavab haqqı verilməsinə rəğmən erməni vəkil Tatevik Hayrapetyan faktlar qarşısında susmağa məcbur olub.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz