Axtarış...

ŞOK FAKT: İnam Kərimovu necə gözdən salmaq istəyiblər? - Ramiz Mehdiyevlə Əli Həsənovun çirkin oyunları...




Akademik Ramiz Mehdiyev tərəfindən himayə edilən kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimovanın Prezidentin sabiq köməkçisi Əli Həsənovla da əlaqələri ortaya çıxıb.

Demokrat.az xəbər verir ki, İlhamə Qədimova Əli Həsənovun keçmiş köməkçisi, kəndlilərə zülm etməsi ilə tanınan Mehman Qədimbəylinin əmisi qızıdır.

Əli Həsənov kənd təsərrüfatı sahəsində də özünün biznesini genişləndirən zaman bu işdə ona ən böyük dəstəyi nazir müavini olaraq İlhamə Qədimova verib. Bunun nəticəsində Əli Həsənov kəndlilərin torpaq sahələrini dəyər dəyməzinə alaraq öz biznes təsərrüfatını genişləndirib. Əvəzində isə Əli Həsənov həm İlhamə Qədimovanı, həm də onun əmisi olan Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylini mediada tənqidlərdən "qoruyub", tənqid edən KİV-ləri isə əzməyə çalışıb.
ŞOK FAKT: İnam Kərimovu necə gözdən salmaq istəyiblər? - Ramiz Mehdiyevlə Əli Həsənovun çirkin oyunları...

Əvvəlki soyadı Qədimov olan Yusif Qədimbəylinin qardaşları və özünün soyad sonluqlarını müxtəlif vaxtlarda Qədimov, Qədiməliyev, Qədimbəyli, Qədimli kimi dəyişsələr də Ramiz Mehdiyev və Əli Həsənovun himayəsi ilə böyük siyasi və biznes klanı qura biliblər. Həm dövlət, həm də biznesdə özlərinə möhkəm mövqe tutmağı bacaran bu klanın adı hər zaman neqativ qalmaqallarda, insanların haqqını kəsməkdə, sadə vətəndaşlara zülm etməkdə və onları şərləməkdə hallanıb.

Xatırlatmaq yerinə düşər ki, Mehman Qədimbəyli kənd təsərüfatı nazirinin Ramiz Mehdiyev tərəfindən himayə edilən müavini İlhamə Qədimovanın doğma əmisi oğludur. Kəndlilərə zülmkarlığı ilə ad çıxarmış Əli Həsənovun keçmiş köməkçisi Mehman Qədimbəyli əmisi qızı İlhamə Qədimova tərəfindən mənəvi öhdəlik kimi himayə edildiyi bildirilir.

İlhamə Qədimova Kənd Təsərüfatı Nazirliyində Ramiz Mehdiyev klanını təmsil edir və nazirlikdə bu klana rəhəbərlik edir.

O əmisi "Sədərək Yusif"in lobbiçiliyi və ağsaqqalı Ramiz Mehdiyevin dəstəyi ilə sürətli vəzifə sıçrayışna nail ola bilib. Buna görə də o, Ramiz Mehdiyevi qəbul etməyən sağlam əqidəli şəxsləri Ramiz Mehdiyev zaman-zaman sıradan çıxarmağı bacarıb.

Hər imkanda İlhamə Qədimovanı qoruyan Ramiz Mehdiyev şəffaf və bacarıqlı kadr kimi tanınan kənd təsərrüfatı naziri İnam Kərimovun da sərbəst fəaliyyətinə müdaxilələr etməkdən çəkinməyib. Hətta, İnam Kərimov yeni nazir təyin ediləndən sonra ona qarşı tez-tez mediada qarayaxma kampaniyası başladılıb. Bu kampaniyanın başında həmin vaxtı yüksək vəzifələr tutmuş Ramiz Mehdiyevlə Əli Həsənovun dayanması heç kəsdə şübhə yaratmırdı.

Məlumatda qeyd edilir ki, İlhamə Qədimova "Sədərək Yusif" başda olmaqla bütün qohumlarına kənd təsərüfatı sektorunda böyük biznes imperiyası qurmağa kömək edib. Məhz bu amilə görə "Sədərək Yusif" və qohumları son zamanlar kənd təsərüfatı biznesində çox sürətlə irəliləməyə nail olublar.(Demokrat.az )

Mövzu üzrə araşdırmalarımız davam edir...
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz