Axtarış...

Əli Həsənov Fətullah Gülənlə ortaq olub: - Türkiyə mediasından sensasion iddia



Prezidentin keçmiş köməkçisi Əli Həsənov FETO ilə işbirliyində ittiham edilir.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə mediasında iddialar yer alıb. Bildirilir ki, Əli Həsənov vəzifədə olarkən hər nə qədər özünü Türkiyə ilə sıx münasibətlərin tərəfdarı kimi göstərsə də, o FETO ilə əlaqələri olan və xarici güclərə xidmət edən bir şəxsdir.

“Həsənov uzun zaman Azərbaycanda FETO-nun ən önəmli ortaqlarından biri olmuş və bu əlaqələr 15 iyul 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddən sonra da davam edib. Bunun ən bariz nümunəsi FETO-nun Azərbaycandakı televiziya kanalı “Xəzər TV”nin Əli Həsənovla bağlılığıdır. Əvvəllər Samanyolu TV-nin Bakı bürosu kimi çalışan “Xəzər TV” “Asiya Bank”ın krediti sayəsində yerli telekanala çevrilib və 2013-cü ildə Türkiəyədə baş verən “dekabr hadisələri”ndən sonar Əli Həsənov həmin kanala ortaq olub”, - deyə Əli Həsənova həsr edilən məqalədə deyilir.

Daha sonra bildirilir ki, Əli Həsənov “Xəzər TV”yə ortaq olandan sonra Bakıya gələn FETO təmsilçisi Faruk Taban onunla görüşüb. “Beləliklə, FETO kadrlarının telekanalda fəaliyyətlərinin davam etdirilməsi qərara alınıb. Samanyolu TV-nin Türkiyədəki reklam departamentinin rəhbəri Mehmet Özkündakçının qardaşı Gökan Özkundakçı idi. Bununla da, FETO “Xəzər TV” üzərindən Əli Həsənovla televiziyanın reklam gəlirlərinə də ortaq olub”, - məqalədə bildirilir.

İddia olunur ki, Əli Həsənov vəzifəsindən azad edilsə də, onun dövlət qurumlarında kadrları qalmaqdadır. Yazıda həmçinin sosial şəbəkələr üzərindən Prezident İlham Əliyev və hakimiyyəti barədə sərt ifadələr işlədən bəzi mühacirlər də Əli Həsənovun adamları kimi qələmə verilib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz