8 sentyabr tarixində Operativ Qərargah tərəfindən ictimai-iaşə obyektlərində işləmə qadağasının 22:00'dan 00:00'a dəyişilməsini bəhanə edən "CaspianTech" (Topaz brendinin sahibi) Bakı şəhərindəki Topaz agentlərinə sms göndərərək işləmələri üçün qadağa qalmadığını bildirdi.
Nəticə isə fərqli oldu!
9 sentyabr tarixində kütləvi şəkildə açılan Topaz məntəqələri müvafiq dövlət qurumu tərəfindən cərimələndilər.
Topaz agentləri də haqqlı şəkildə şirkətə üz tutaraq onlara yazılmış cərimələrin kompensasiya edilməsini tələb edirlər.
Ümumiyyətlə qeyd etmək lazımdır ki, Topaz aylardır öz agentlərinin depozitlərini qaytarmaqdan imtina edir, tərəfdaş şirkətlərə milyonlarla manat borcunu ödəmir. Bu da şirkətin müflis olduğuna dair şübhələri artırır.
Bununla yanaşı maraqlı məqam budur ki, CaspianTech agentlərini əmin edir ki, onlar Operativ qərargaha müraciət ediblər.
Bu müddətdə isə şirkətdə 193 500 AZN vəsaitin müəmmalı şəkildə "nağdlaşdırılaraq” problemlərin həllinə yönəldildiyi bildirilir.
Maraqlı burasıdır ki, dövlətə milyonlarla manat vergi borcu olan şirkətin qanunu kobud şəkildə pozaraq (vergi borcu olan şirkət təsisçisinə dividend ödəyə bilməz) 193500 manatı dividend vasitəsi ilə nağdlaşdırıb kimə və niyə verib?
Kim vergi üçün nəzərdə tutulan vəsaiti mənimsəyir?
Maraqlıdır ki, Topaz tipli əyləncə məkanlarının fəaliyyəti qadağan olduğu halda yaxın günlərdə onlara icazə veriləcəkmi?
İcazə veriləcəksə bu məsələ şadlıq sarayları, gecə klubları, diskotekalar, kinoteatr sahiblərinə necə izah ediləcək? //sfera.az//